Məcburi köçkünlərə verilən evlər geri alınacaqmı? - Açıqlama

Məcburi köçkünlərə verilən evlər geri alınacaqmı? - Açıqlama

İşğal altında qalan ərazilərimizin düşməndən azad edilməsi prosesi başa çatmaq üzrədir. Proses tam başa çatdıqdan və Dağlıq Qarabağda yaşayış təmin edildikdən sonra 30 ilə yaxın müddətdə öz dədə-baba yurdundan məcburi şəkildə köçkün düşmüş şəxslər həmin yerlərə qayıdacaqlar. Bu dövr ərzində məcburi köçkünlərin böyük əksəriyyəti isə Azərbaycan dövləti tərəfindən mənzillərlə təmin olunub. Həmin evlərin geri alınıb-alınmayacağı hazırkı situasiyada hər kəsi düşündürür.

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan Vəkillər Kollegiyasının üzvü Zaman Səmədov qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərə verilən həmin mənzillər müvəqqəti istifadə üçün nəzərdə tutulmuşdu:

"O evlərin heç biri alqı-satqı, hər hansı bir özgəninkiləşdirmənin obyekti kimi çıxış edə bilməzdi. Cənab Prezident və xanımı hərbçilərlə görüşəndə dəfələrlə bildirdilər ki, hərbi qulluqçulara, yaralılara və şəhid ailələrinə mənzillər veriləcək. Düşünürəm ki, əsasən bu evlər nəzərdə tutulur. Onu da nəzərə almaq lazımdır ki, müəyyən vaxtdan sonra Azərbaycan Ordusunda xidmət edən, haqqı olan şəxslərə də ev verilməlidir. Bu prosesin hansı mexanizmlə tənzimlənəcəyi isə hələlik dəqiq deyil”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə sorğumuza cavab olaraq bildirildi ki, bu məsələ ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Qeyd edək ki, "Qaçqınkom” məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələsinin könüllülük əsasında aparılacağını bildirib.  /Bakupost


OXŞAR XƏBƏRLƏR

Putindən “Crocus”dakı terrorla bağlı YENİ AÇIQLAMA: "Cinayətin bütün iştirakçılarını..."

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı son məlumatı açıqlayıb.   Sfera.az bildirir ki, dö...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü başlayıb.   Sfera.az ...

Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi OLDU

Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.   Sfera.az xəbər verir ki, hər...

Məşhur müğənninin konsetində DAVA DÜŞDÜ

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin konsertində dava düşüb.   Sfera.az xəbər verir ki, müğənninin “Cratos Casino”da verd...

24 Aprel – Gənclərin Beynəlxalq Həmrəylik Günüdür

Ümumdünya Demokratik Gənclər Federasiyasının qərarı ilə 1957-ci ildən hər il aprelin 24-də Beynəlxalq Gənclərin Həmrəylik Günü (International Day of Youth Solid...

Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə HƏBS EDİLDİ

Moskva məhkəmələrindən biri istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.   Sfera.az x...