MDB Oyunları: Azərbaycan növbəti medalını qazandı
18:49 / 08.09.2021
1498
Azərbaycan tayboksçusu Rəvan Ağazadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.
Sfera.az-ın məlumatına görə, 67 kq-da çıxış edən idmançı qızıl medal uğrunda qarşılaşmada Belarus təmsilçisi Yevgeni Fyodorençiklə qüvvəsini sınayıb.
Rəqibinə məğlub olan Ağazadə ikinci yeri tutub.