MDB ölkələrinə uçuş 1 ayda 111 manat BAHALAŞIB

MDB ölkələrinə uçuş 1 ayda 111 manat BAHALAŞIB
Bu ilin avqustunda Azərbaycandan MDB ölkələrinə uçuş qiymətləri bir qədər də artıb. 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, MDB ölkələrinə təyyarə ilə bir gedişin qiyməti 1279 manata yüksəlib. Əvvəlki ayda orta qiymət 1168 manat, ötən ilin avqustunda 330 manat idi. Bir ay ərzində təyyarə biletinin qiyməti 111 manat (9,5 faiz), bir ildə 949 manat və ya 287 faiz (3,87 dəfə) artıb.
 
Bu il MDB-dən kənar ölkələrə uçuş qiymətlərində də artım var. İyulda 724 manat olan bir gedişin qiyməti avqustda 756 manatı ötüb. Ay ərzində MDB istisna olmaqla xaricə uçuş qiyməti 32 manat (4,4 faiz) artıb. 

Ötən ilin avqustunda isə MDB-dən kənar ölkələrə uçuş qiymətləri orta hesabla 384 manat idi. İllik müqayisədə qiymətlər 372 manat, yaxud 97 faiz (1,97 dəfə) artıb.

Təyyarə qiymətlərinin artması xarici istirahət turlarının bahalaşmasına şərait yaradıb. Avqustda bir istirahət turunun orta qiyməti 520 manat olub ki, bu da ötən ilin avqustunda olan qiymətdən (471 manat) 49 manat yüksəkdir. 

Vasif
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...