“McDonald\'s” Rusiyanı tərk edir

“McDonald\'s” Rusiyanı tərk edir
ABŞ-ın "McDonald's” şirkəti Rusiyada olan biznesini satmağa başlayıb.

Sfera.az rus mediasına istinadən xəbər verir ki, bununla bağlı şirkət bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, şirkət Rusiyada 30 ildən artıq fəaliyyət göstərdikdən sonra bu ölkədəki bütün aktivlərini satacaq.

Xatırladaq ki, "McDonalds” Ukraynadakı müharibəyə etiraz edərək martdan Rusiyada fəaliyyətini dayandırmışdı. Lakin bununla belə, "fast-food” restoranlar şəbəkəsi işçilərinə əmək haqqını verməyə davam edirdi. 
 
Vasif
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR