Maykl Ceksonun qızı İsa Məsih roluna girdi, xristianlar etiraza qalxdı - Lesbiyan iddiası
Dünya şöhrətli ulduz Maykl Ceksonun qızının İsa rolunda çəkildiyi film xristianları qəzəbləndirib.
Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, Maykl Ceksonun qızı Perisin İsa Məsihin qızı rolunda çəkildiyi "Vərdiş” filmi xristianları qəzəbləndirib. Change.org saytında ekran əsərinin yayılmasını dayandırmağa çağıran petisiya yer alıb.
Filmin premyerasının tarixi hələ açıqlanmasa da, çəkilişlərin bu yaz başa çatdığı məlumdur. Filmdə əsas rolun pornomükafata layiq görülən aktrisa Bella Tornun ifa etdiyi vurğulanır. "Variety” nin xəbər verdiyinə görə, o, təhlükəli narkotik alış-verişində iştirak təşkilatçı qız obrazını canlandırır. Başını bəlaya salmamaq üçün rahibə cildinə girir. Film boyu Cekson bir neçə dəfə onun qarşısında İsa Məsih obrazında peyda olur.
Seyriçilər düşünür ki, müğənninin qızı İsa Məsihin qadın versiyasını yaratmaqla yanaşı, lesbian qadın obrazını da canlandıracaq. Halbuki, layihənin təsvirində İsa Məsihin lesbi olacağı barədə heç bir məlumat yoxdur.
One Million Moms («Milyon ana») mühafizəkar təşkilatı özünün veb saytında sözügedən filmin ekranlara çıxmasını yasaqlamağa çağırananoloji müraciətlə çıxış edib. Təşkilat üzvləri qeyd ediblər ki, "allahsız film” möminləri məsxərəyə qoyur.
"Vərdiş”in icraçı prodüseri Kassian Elves şəxsi Twitter hesabında sözügedən qalmaqala münasibət bildirib. Onun sözlərinə görə, filmdə Tornun yaratdığı personajın mərhum anasının qızının qarşısında İsa Məsihin geyimində zühur etdiyi səhnə var.Kassian Elves Ceksonun lesbian qadın obrazını canlandıracağı ilə bağlı şaiyələri cəfəngiyyat adlandırıb.
Qeyd edək ki, iyul ayının əvvəlində Peris Cekson cinsi oriyentasiyasından danışaraq bildirib ki, sonucda kişi olacağını heç vaxt ağlına gətirməzdi. O, keçmişdə çoxlu sayda qadınla görüşdüyünü açıqlayıb.
Selcan
Sfera.az