Maykl Ceksonun cangüdəni səssizliyini pozdu – “Onun uşaqlara təcavüz etməsi...”

Maykl Ceksonun cangüdəni səssizliyini pozdu – “Onun uşaqlara təcavüz etməsi...”

Dünyaca məşhur müğənni Maykl Ceksonun uşaqları cinsi istismar etdiyi ilə bağlı iddiaların yeni detalları məlum olub.


 

Sfera.az bildirir ki, bu barədə ABŞ-lı ifaçının keçmiş cangüdəni Matt Fiddes verilişlərin birində açıqlamalar verib. O, təcavüz xəbərlərinin yanlış olduğunu dilə gətirib. Fiddes eyni zamanda "gizli uşaq otağı” barəsində də danışıb. "Ceksonun belə bir otaq düzəltməsi ilə əlaqəli informasiyalar absurddur. O, ev alanda otaq var idi və əslində "həyəcan” otağı idi. Evin sahibi multi-milyarder olub və belə bir yerin olması çox normal idi”, deyə Matt çıxışı zamanı deyib.


 

O həmçinin bildirib ki, bir neçə dəfə Mayklın fanatları evinin həyətinə paraşütlə enirdi və ardınca həyəcan siqnalı çalınırdı, buna görə də xidmət işçiləri onun otağa girməsini istəyirdi: "Yəni gizli otaq deyildi. İnsanlar məntiqsiz şeylər danışır”.


 

Qeyd edək ki, 2009-cu ildə dünyasını dəyişən Maykl Cekson son bir neçə ildir, uşaqlara təcavüz iddiaları ilə gündəmə gəlir.


 

 

Türkan

Sfera.az


OXŞAR XƏBƏRLƏR