Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA

Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA
 

Xəbər verdiyimiz kimi Azərbaycanda karantin rejim mayın 31-nə kimi uzadılıbMayın 31-dən sonra növbəti yumşalmaların olması gözlənilir. Mayın 31-dən sonra istirahət mərkəzlərin fəaliyyətinə icazə verilə bilərmi?


Bununla bağlı deputat İqbal Məmmədov bildirib ki, bununla bağlı qərarlar hökumət və Operativ Qərargah tərəfindən verilir: "Operativ Qərargah Azərbaycanda və digər ölkələrdə mövcud vəziyyəti analiz etdikdən sonra yumşalmalara qərar verir. İstirahət mərkəzlərin açılması ilə bağlı qərarı da Operativ Qərargah verəcək. Qeyd edim ki, təəssüf ki, dünənki statistika heç də ürəkaçan olmadı. Amma buna baxmayaraq sağalanların sayı da az deyil. Bilirsiniz ki, koronavirusun ilk dalğasında ciddi rejimli karantin rejim elan olundu. Zamanında görülən tədbirlər sayəsində ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısı alındı. Bilirsiniz ki, azalma dinamikasına uyğun olaraq müxtəlif zamanlarda karantin rejimində yumşalmalar oldu. Təəssüf ki, o yumşalmalardan sonra insanlarımızda arxayınlaşma oldu. Çöldə qoruyucu maskalardan və əlcəklərdən istifadə etmir, sosial məsafəni qorumadan kütləvi şəkildə toplaşırlar. Təbii ki, bu da koronavirusa yoluxanların sayının artma riskini artırır. Bu gün dövlətimiz koronavirusla mübarizədə üzərinə düşən bütün addımları atır. Əlbəttə bu məsələdə vətəndaşlarımız da dövlətimizə dəstək olmalıdır. Operativ Qərargahın qaydalarına əməl etməlidir. Belə olan halda biz tezliklə əvvəlki həyatımıza geri qayıda bilərik".(sonxeber)


OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...