Mayda keçirilməli olan bu imtahanlar ləğv edildi - RƏSMİ

Mayda keçirilməli olan bu imtahanlar ləğv edildi - RƏSMİ
 

Tibb işçilərinin mayda nəzərdə tutulan sertifikasiya imtahanları ləğv olunub.


Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, Nazirlər Kabinetinin dünyada yayılmış koronovirusla (COVİD-19) mübarizə çərçivəsində qəbul etdiyi qərara əsasən, ölkə ərazisində virusun yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılıb. Bunu nəzərə alaraq, may ayı üçün tərtib olunmuş imtahan cədvəlinin yenidən işlənilib hazırlanması məqsədilə, həmin ayda keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanları ləğv olunub: " Yeni imtahan cədvəli hazırlandıqdan sonra imtahana namizəd şəxslərə imtahan tarixləri barədə məlumat veriləcək”.

Nazirlikdən həmçinin bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə aprelin 27-dən xüsusi karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib. Bunu nəzərə alaraq, sertifikasiya imtahanına hazırlıq təlimləri və sınaq imtahanlarının fərdi qaydada keçirilməsinə yenidən start verilib. Eyni qayda ilə sertifikasiya imtahanlarında iştirak da könüllü olaraq keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...