“Masumlar Apartmanı” serialının ulduzu həyat yoldaşından boşandı
17:30 / 16.06.2021
2224
Türkiyəli aktrisa, son zamanlar "Masumlar Apartmanı” adlı serialdakı obrazı ilə məşhurlaşan Mərvə Dizdar həyat yoldaşından ayrılıb.
Sfera.az bildirir ki, bu barədə aktrisa özü məlumat verib. O həmçinin xəyanət iddialarına aydınlıq gətirib.
"Bir-birimizi aldatmadıq. Gürhanla danışaraq və dost kimi ayrıldıq. Bundan başqa digər çirkin fikirlərin əsası yoxdur”, - deyə Dizdar bildirib. Onun ayrılıq açıqlaması sevənlərini kədərləndirib.
Qeyd edək ki, aktrisa həmkarı Gürhan Altundaşar ilə 2018-ci ildə evlənmişdi.
Türkan
Sfera.az