\"MasterChef\"in məşhur aşpazı boşanır - FOTO

\
"MasterChef"in məşhur aşpazı Danilo Zanna boşanmaq qərarına gəlib.
 
Sfera.az bildirir ki,  buna səbəb kimi aşpazın həyat yoldaşı Tuğçe Demirbileklə arasında şiddətli keçimsizliyin olduğu qeyd edilib. Məlumata görə, cütlük hətta evlərini də ayırıb. Belə ki, Etilerdəki evdən ayrılan Danilo oğluna yaxın olmaq üçün eyni ərazidə başqa bir mənzil kirayələyib.  

Cütlük hələ ki boşanmaq üçün məhkəməyə müraciət etməyib. Lakin onlar iyul ayındakı son tətillərindən sonra sosial media hesablarında birlikdə heç bir foto paylaşmayıblar.

Xatırladaq ki, Danilo Zanna və Tuğçe Demirbilek 2012-ci ildə ailə həyatı qurublar. Cütlüyün bu evlilikdən Tibet adlı bir oğulları var.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR