\"Maskadan istifadə olunmazsa, xəstələrin sayı arta və hər şey üçün gec ola bilər​\" - Ekspert

\
 
Karantin rejiminin yumuşaldılmasının ardından bir çox məkanlarda, xüsusilə də ictimai nəqliyyatda insanlar müvafiq sosial məsafə və tibbi maskadan istifadə tələbinə əməl etmirlər. 

Bu gün Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən aparılan müşahidələrə əsasən sərnişinlər ictimai nəqliyyatda infeksiyanın yayılmasına şərait yaradan hallara yol verir.​ Qurum dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində gözləyərkən və avtobuslarda səyahət edərkən sərnişinmlərin tibbi maskadan istifadə etmədiyini bildirir.

Bəs ictimai nəqliyyatda sosial məsafə qaydalarına əməl olunmaması, tibbi maskadan istifadə etməmə sərnişinlər üçün hansı riskləri yaradır?

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən TƏBİB-in Yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyevin sözlərinə görə, dəfələrlə sosial məsafənin ciddi olması ilə bağlı xəbərdarlıq edilib: "Özəlliklə, qapalı yerlərdə tibbi maskalardan istifadə vacibdir. Məsələn, avtobuslarda sosial məsafə qorunduğu halda da yaxın təmas olma ehtimalı var və bu, tibbi maskadan istifadəni zəruri edir. Virusun simptomları olmazsa belə hər kəs koronavirus daşıyıcısı ola bilər. Buna görə də, hər kəsə potensial virus daşıyıcısı olaraq baxmalıyıq. Lakin görünən odur ki, əhalimiz qaydalara əməl etmir. Maskadan istifadə olunmadığı halda xəstələrin sayı arta və hər şey üçün gec ola bilər. Hətta xəstələrin sayı artarsa, xəstəxanalarda belə yer olmaya bilər. Karantin şərtlərinin yumuşaldılması o demək deyil ki, insanlar bu haldan sui-istifadə etməli, ticarət mərkəzlərinə, restoranlara üz tutmalı, ehtiyac olmadıqda da, evlərini tərk etməldirlər. Avtobuslarda yaranan sıxlıq çox zaman ehtiyac olmadıqca küçələrə çıxan və ictimai nəqliyyatdan istifadə edən şəxslərə görə yaranır. Ehtiyac olmadan evlərini tərk edən şəxslər yoxluxma riskini artırırlar". 

İnfeksionist-hepatoloq Vüsalə Yaşarın sözlərinə görə, ictimai neqliyyatdan istifade zamanı sosial məsafə qorunmalıdır: Həmçinin vətəndaşlar mütləq şəkildə qoruyucu maskalardan istifadə etməldirlər. Bu maskaları yalnız ağzı örtməklə, burnu açıq şəkildə və ya çənədə gəzdirməklə, təkrar-təkrat istifadə etməklə öz sağlamlıqlarını ciddi şəkildə təhlükəyə atmiş olurlar. Reallıq budur ki, ictimai nəqliyyatda vacib qaydalara əməl edilmir ve ciddi sixliq yasanir. Səbəb isə işi olmayan insanlarin belə küçəyə çıxmasıdır. Havaların istiləşməsi və insanların açıq havaya, sosiallaşmağa olan tələbatı anlaşılandır. Lakin unutmayaq ki, bu dönəmdə yoluxma sayı bizim davranışlarımızdan asılıdır. Yəni, hər kəs öz evinin yaxınlığındakı ərazidə insanların az olduğu yerlərdə istirahət edə bilər. Ehtiyac olmadıqda isə ictimai nəqliyyatdan istifadə etməmək, evi tərk etməmək tövsiyə olunur".

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...