Maska taxmayanlar cərimələndi - VİDEO

Maska taxmayanlar cərimələndi - VİDEO
Ticarət obyektlərində sanitar-epidemioloji vəziyyətə nəzarət polis əməkdaşları tərəfindən gücləndirilib.

Bu barədə Sfera.az-a-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlum olduğu kimi yanvarın 25-dən etibarən artıq müəyyən istisnalar olmaqla bəzi ticarət obyektlərinin və digər xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Buna baxmayaraq "COVID-19” virusu ilə mübarizədə dövlətimizin əldə edilən uğurların və xəstəliyə yoluxma sayında müşahidə edilən müsbət dinamikanın qorunub saxlanılması məqsədi ilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən mütəmadi olaraq nəzarət proflaktik tədbirlər davam etdirilir.

Reydlər zamanı mövcud sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə marketlərdə, apteklərdə və qapalı ticarət obyektlərində nəzarət gücləndirilib. Polis əməkdaşları paytaxtın hər bir nöqtəsində yerləşən fəaliyyətinə icazə verilən ticarət obyektlərinin sahibkarları və işçiləri ilə maarifləndirilici söhbətlər apararaq onlara sanitar epidemoloji normalara riayət olunması üçün tövsiyyələr edirlər. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, eləcə də edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə polis əməkdaşları tərəfindən inzibati tədbirlər həyata keçirilir.

Onu da qeyd edək ki, polislər tərəfindən bu cür profilaktik tədbirlər paytaxtın digər ərazilərində də mütəmadi olaraq davam etdiriləcək.
 
 
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...