Maska taxmağı tələb edənlər CƏRİMƏLƏNƏCƏK – Təəccübləndirən QƏRAR
15:46 / 19.05.2021
2081
ABŞ-ın peyvənd kampaniyasını müvəffəqiyyətlə həyata keçirən Texas ştatında dünyanı təəccübləndirən qərar qəbul olunub.
Sfera.az xəbər verir ki, respublikaçı qubernator Qreq Abbottun qəbul etdiyi yeni qərara əsasən Texas ştatının binalarında, məktəblərdə və sağlamlıq mərkəzlərində maska taxmaq məcburiyyəti qadağan edilib.
Bu səbəblə artıq yerli səlahiyyətlilər vətəndaşlardan maska taxmağı tələb edə bilməyəcək. Qərarda qeyd olunur ki, bunu tələb edən səlahiyyətli şəxs 1000 dollar (1700 AZN) məbləğində cərimə ediləcək.
Mayın 21-dən qüvvəyə minəcək maska taxmağa qarşı qadağa tədbiri məktəblərdə iyunun 4-dən tətbiq olunacaq.
Qeyd edək ki, Texas ştatının qubernatoru Qreq Abbott pandemiyanın başlanğıcından etibarən maskaya qarşı mübarizəyə qalxmışdı. 10 həftə əvvəl maska taxmaq tələbini aradan qaldırmağı bacaran qubernator müzakirələrə səbəb olmuşdu.
Əzizə Zeynal
Sfera.az