“Maska tax” xahişinə görə metro əməkdaşını döydü - TƏFƏRRÜAT
Peterburqda sərnişin maska taxmaq xahişinə görə metro işçisini döyüb.
Sfera.az RİA.Novosti-yə istinadla xəbər verir ki, Peterburqdakı "Narvskaya” metro stansiyasının foyesində kişi sərnişin ondan qoruyucu maska taxmağı xahiş edən metro işçisini vurub. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsindən bildirilir ki, saxlanılan şəxs haqqında döyülmə faktı ilə bağlı cinayət işi açılıb.
"Peterburq metropoliteninin aqressiv sərnişini cinayət işinin fiqurantı olub. Təcavüzkar qoruyucu maska taxmaq xahişinə görə metro işçisini vurub”,- deyə xəbərdə bildirilir.
"Mətbuat xidmətinin məlumatına görə, mayın 14-dü səhər saatlarında metropolitenin "Narvskaya” stansiyasının foyesində nəzarətçi sərnişindən qoruyucu maska taxmağı xahiş edib. "Amma kişi xahişə heç bir reaksiya verməyib, metro işçisi ilə qarşıdurma yaradıb və yumruqla onun üzünə vuraraq hadisə yerini qaçıb”. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəsmi məlumatında belə deyilir. Zərərçəkən xəstəxanaya müraciət edib, ona tibbi yardım göstərilib.
Dələduzun əvvəllər qanunsuz narkotik saxlamaqda ittiham edilən 34 yaşlı işsiz bir şəxs olduğu müəyyənləşdirilib. O, elə həmin gün Staçek meydanında saxlanılıb. Haqqında Rusiya Cinayət Məcəlləsinin 116-cı ("döyülmə”) maddəsi ilə cinayət işi açılıb. Şübhəli Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən saxlanılıb.
Qeyd edək ki, koronavirusun yayılması səbəbindən mayın 12-dən Peterburqda maska və əlcəkdən istifadə məcburi rejimi tətbiq olunur.
Selcan
Sfera.az