Maska qıtlığı yaradanlara SƏRT XƏBƏRDARLIQ

Maska qıtlığı yaradanlara SƏRT XƏBƏRDARLIQ
 "Tibbi maskaların vahid qiyməti 30 qəpik müəyyənləşdirilib”.

Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, idxal olunan maskaların qiyməti fərqlidir:

"Bu fərqi hökumət idxalçı şirkətlərə ödəyir. Ölkədə maska qıtlığı yoxdur. Ola bilər ki, cərimələrin aktuallaşması kimlərdəsə möhtəkirlik etmək arzusu yaradıb. Biz belələrinə xəbərdarlıq edirik ki, bunun cəzası olacaq”.

O vurğulayıb ki, bu gün gündəlik istehsal 500 min maskadır:

"Azərbaycanda isə müəyyən günlər 300 min maska istifadə edilib. Ölkədə 15 milyona qədər maska ehtiyatı var. Ona görə də ajiotaja ehtiyac yoxdur”. (oxu.az)

OXŞAR XƏBƏRLƏR