\"Maşınımı satmışam, 2 aylıq pulum qalıb\" - Məşhur müğənni maddi sıxıntı içindədir

\
Türkiyəli məşhur müğənni İzəl pandemiya səbəbi ilə maddi sıxıntılar yaşadığını deyib.
 
Sfera.az bildirir ki, ifaçı bu barədə "Magazin D Pazar” verilişə açıqlama verib. O bildirib ki, yaşayışını təmin etmək üçün maşınını satıb və bankdan kredit götürüb. "İki aylıq pulum qalıb, daha sonra nə olacağını bilmirəm”, - deyə İzəl qeyd edib.

Ağır xəstəlik keçirib əməliyyat olan ifaçı bir ildən çoxdur səhnəyə çıxmadığını, konsertlərinin təxirə salındığını vurğulayıb.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR