Maşından əlini çəkən iştirakçı çıxarılmadı - Rəksanə od püskürdü - VİDEO

Maşından əlini çəkən iştirakçı çıxarılmadı - Rəksanə od püskürdü - VİDEO
 "Maşın” realiti-şousu ilə bağlı daha bir qalmaqal yaşanıb. 
 

Sfera.az xəbər verir ki, aktrisa Kəmalə Piriyeva  maşından əlini çəksə də, oyundan uzaqlaşdırılmayıb. 

Bunu görən bəzi şou-biznes nümayəndələri onun oyundan uzaqlaşdırılmasını tələb edib. Xüsusilə də, bu hadisə bir neçə gün əvvəl qızı (Aysun) "Maşın”dan gedən müğənni Rəksanənin böyük narazılığın səbəb olub.

Xanım ifaçı görüntüləri "İnstagram” səhifəsində paylaşıb. O,  oyunun qaydalarına riayət edilməməsindən gileylənib:

"Mənim üçün çox maraqlıdır, niyə Kəmalənin əlini çəkməsi haqqında danışılmır? Nəyə görə oyunun qaydalarına riayət edilmir? Niyə??? Başa düşürük, bu bir oyundur, amma bu oyuna hamımız baxırıq, iştirak etmişik. Əlini çəkən insan uzaqlaşdırılmalıdır. Necə ki, bu günə kimi kim əlini çəkib onu oyundan kənarlaşdırmısınız. Yəqin ki, sabah (bu gün) İnşallah, bu diqqətinizdə olar, əziz "M Group Production”.

Həmin görüntüləri təqdim edirik:



(yenisabah)

OXŞAR XƏBƏRLƏR