Maşın almaq üçün uyğun vaxtdır

Maşın almaq üçün uyğun vaxtdır

Ötən həftə Bakının avtomobil bazarında nisbi canlanma müşahidə edilib ki, bazar iştirakçıları bunu qiymətlərin ən aşağı həddi ilə izah ediblər.

"Qafqazinfo” xəbər verir ki, Ramin adlı bazar satıcısı ans press-ə müsahibəsində qiymətlərin 2 dəfəyə qədər düşdüyünü vurğulayıb: "Maşın indi su qiymətinədir. Əvvəl 10 min manata deyilən "Mercedes”i indi 4500-5 min manata almaq mümkündür. Yəni, maşın almaq istəyənlərin əlinə yaxşı fürsət düşüb. Yəqin ki, qiymətlər belə qalmayacaq və qalxacaq”.

Əhalinin gəlirlərini mütəmadi dollara çevirərək gözləmə mövqeyi tutması, alıcılıq qabiliyyətinin düşməsi ilə yanaşı, bazarda qiymətləri salan digər amil bəzi dövlət qurumlarının istifadəsində olan avtomobillərin çox ucuz qiymətə bazara çıxarılmasıdır. Məsələn, Əmlak Məsələləri Dövlət Komitəsinin martın 15-nə nəzərdə tutduğu hərracda 2004-cü il istehsalı olan "Hyundai Sonata” 1907 manata, 2006-ci il istehsalı olan "Nissan Maxima” 2822 manata təklif edilir.

2006-ci il istehsalı olan "UAZ-3741” markalı mikroavtobus isə 2548 manatdan bazara çıxarılır ki, bu, indiki dövr üçün yetərincə aşağı qiymətdir. Bu tipli mikravtobuslar dağ kəndləri ilə rayon mərkəzləri arasında işlətmək üçün xeyli əlverişlidir və qoyulan xərci sürücünün aylıq qazancı da nəzərə alınmaqla bir ilə geri qaytarmaq mümkündür. Qiymətlərin ucuzluğu bazarda Rusiya istehsalı olan avtomobillərə də marağı artırıb. İndi 4-5 ilin "UAZ”larını 2 min manata almaq mümkündür.

Amma Dövlət Gömrük Komitəsinin (DGK) idxalla bağlı təqdim etdiyi göstəricilər bazarda bu vəziyyətin uzun müddət davam etməyəcəyini düşünməyə imkan verir. DGK-nın statistikasına görə, 2016-cı ilin yanvar ayında nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin idxalı 4 dəfəyə qədər azalıb. Əgər 2015-ci ilin yanvar ayında Azərbaycana 53,26 milyon dollarlıq nəqliyyat vasitəsi və onların ehtiyat hissəsi gətirilmişdisə, bu ilin birinci ayında bu göstərici 11,93 milyon dollara düşüb. Əvvəlki illərlə müqayisədə azalma daha çox olub.

Əmlak Ekspert Mərkəzinin araşdırmasına görə, bu proses Azərbaycanda avtomobil parkının yenilənməsi fonunda gedir. Yəni bazarda əvvəllər daha çox Almaniya istehsalı olan ikinci əl avtomobillər satılırdısa, hazırda yeni avtomobillərin satışı üstünlük təşkil edir. Avtomobil salonlarının manatla daxili kreditləri bərpa etməsi də bu meyli gücləndirib.

Azərbaycan ikinci əl maşınlar əsasən Gürüstandan gətirilirdi. Bu ölkənin statistika departamentinin məlumatına görə isə, yanvar ayında bu ölkədən Azərbaycana avtomobil ixracı bir il əvvəlkinə nisbətən 22 dəfə azalıb. Əgər 2015-ci ilin yanvar ayında Gürcüstandan Azərbaycana 13,1 milyon dollarlıq avtomobil gətirilibsə, bu il həmin göstərici 577 min dollara düşüb. Yəni avtomobil bazarında təklif azalıb və bu baxımdan müşahidə olunan nisbi canlanma təbii görünür.

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı ans press-ə müsahibəsində bu canlanmanı qeyri-müəyyənlikdən çıxış kimi dəyərləndirib:

"İkinci devalvasiyadan sonra avtomobil satanlar da, avtomobil almaq istəyənlər də çaşqınlıq içində idilər. Ona görə çəkilib bir kənarda gözləyirdilər. İndi isə durğunluqdan çıxıblar və yeni şəraitə uyğunlaşmağa çalışırlar. Avtomobil qiymətlərinin daha da düşəcəyini gözləməyə dəyməz. Bazarda qiymətlərin sabit qalacağına ehtimal etmək olar, amma manatın məzənnəsindən asılı olaraq qiymətlər qalxa da bilər”.


OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...