Martın 21-dən Moskvada məktəblər bağlanacaq

Martın 21-dən Moskvada məktəblər bağlanacaq
 

Rusiyanın paytaxtı Moskvada ümumtəhsil və idman məktəbləri, eləcə də əlavə təhsil müəssisələri koronovirus təhlükəsi ilə əlaqədar martın 21-dən aprelin 12-nə (12-si də daxil olmaqla) kimi bağlanacaq.

Sfera.az APA-ya istinadən bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz şəxsi bloqunda bildirib.

"Martın 21-dən aprelin 12-ə kimi dövlət ümumtəhsil məktəbləri, idman məktəbləri və əlavə təhsil müəssisələri bağlanacaq. Məktəblərdə valideynlərin sorğuları əsasında kiçik növbətçi qrupları (12 nəfərdən çox olmayaraq) təşkil olunacaq. Bu qruplar 1-4-cü siniflərdə oxuyan şagirdlərdən ibarət olacaq. Valideynlərdən xahiş edirəm ki, uşaqları ticarət mərkəzlərinə, parklara və digər ictimai yerlərə aparmasınlar. Məktəblərin bağlanması əlavə tətil demək deyil, könüllü evdə özünütəcriddir", - deyə Sobyanin bildirib.

Qeyd edək ki, Rusiyada 93 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Martın 16-a olan məlumata görə, təkcə elə bu gün 30 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 20 yoluxma halı Moskvada qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...