Martın 13-də Azərbaycanda sərt karantin rejimi elan ediləcək? - AÇIQLAMA

Martın 13-də Azərbaycanda sərt karantin rejimi elan ediləcək?  - AÇIQLAMA
Xəbər verdiyimiz kimi Azərbaycanda koronavirus infeksiyasının son günlər artması səbəbindən xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi gözlənilir. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi martın 13-nə təyin edilib. Brifinqdə yeni qərarlar açıqlanacaq.
 
Maraqlıdır, ölkənin yenidən sərt karantin rejiminə keçmə ehtimalı varmı?

Tibb üzrə fəlsəfə doktoru Rafiq Bayramov Sfera.az-a deyib ki, bunu son günlərdəki epidemioloji vəziyyət daha əyani göstərəcək: 

"Operativ Qərargahın verdiyi qərarlar xalqın sağlamlığına hesablanıb. Yəni bunu xoşməramlı qarşılayıb, əməl etmək lazımdır. Ümumiyyətlə təəssüflə qeyd etməliyəm ki, son günlərdə yoluxanların sayı nisbətən artır. Burda sözsüz ki, insanların yumşalmalardan sonra ünsiyyətlərinin çox olması, eyni zamanda bəzi hallarda vətəndaşlarımızın bu epidemiyanı unutması faktorları önəmli rol oynayıb. Çünki infeksiyanın nə qədər davam edəcəyini dəqiq söyləmək çətindir, amma bununla yanaşı yaşamağa öyrəşməli, mübarizə aparmalıyıq. Bu səbəbdən də Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara, tövsiyələrə riayət etməliyik”.
 
Mütəxəssis bildirib ki, Novruz bayramı ərəfəsində insanlar gərək infeksiyanı unutmasınlar: 

"Bayram günlərini fərqli, daha məhdud çərçivədə və karantin qaydalarına əməl etməklə qeyd etsələr yaxşıdır. Düzdür, adət-ənənələrimiz var, amma təbrikləşmələri də maksimum çalışıb onlayn etmək, telefonla zəngləşmək daha qənaətbəxş olar. Mümkün qədər təmaslardan qaçmaq lazımdır. Bir çox hallarda koronavirusa yoluxanların böyük əksəriyyəti ya yüngül keçirir , ya da hiss etmir. Həmin adamlar digərlərini yoluxdura bilirlər. Və bu şəxslər içərisində risk qrupuna daxil olanlar varsa, fəsadları ciddi olacaq. Ona görə də qapalı məkanlarda, insanların çox toplaşdığı yerlərdə olmamaqlarını tövsiyə edirəm”.

R.Bayramovun sözlərinə görə, yoluxanlarının sayının yenidən dörd rəqəmli olma ehtimalı yoxdur: 

"Çünki vaksinasiyanın aparılması, həm də yoluxma nəticəsində imunizasiyanın olması infeksiya təhlükəsinin getdikcə azalmasına səbəb olacaq. Sözsüz ki, hələ bir müddət infeksiya ilə bağlı bu reaksiya qalacaq, lakin tədricən də sönəcək. Kollektiv immunitet formalaşandan sonra bu virus o qədər də təhlükəli olmayacaq. Buna da zaman lazımdır. Vaxt ötdükcə infeksiyanın aktivliyi, yoluxanların sayı azalacaq”.

Müsahibimiz qeyd edib ki, insanlar tövsiyələrə, verilən qərarlara əməl etsələr, bayramda məsafəni gözləsələr, sərt karantin rejiminə ehtiyac qalmaz: 
"Bilirsiniz, həmişə yaz və payız aylarında kəskin respirator virus infeksiyalarına yoluxanların sayı artır. Bu, koronavirus infeksiyasından öncə də olub. İndi Kovid-19 fonunda da yazda və payızda bu infeksiyaya yoluxanların sayının artması gözləniləndir. Novruz bayramı da yaz fəslində olduğu üçün virusların artma dövrünə təsadüf edir. Bu baxımdan insanlar qərarlara ciddi əməl etməlidirlər. Hər kəsin virusla mübarizədə aktiv iştirakı çox önəmlidir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yağış, şimşək, dolu... - Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ!

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah Bakıda və A...

Nazirdən Nəzrinlə Mərdana hədiyyə - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb.    Sfera.az xə...

Əhali ən çox gəliri hansı sahələrdən əldə edir? – ADLAR

Azərbaycanda ev təsərrüfatlarının tədqiqi göstərir ki, əhalinin adambaşına düşən aylıq gəlirləri 2023-cü ildə 15,6 manat artaraq 343 manatı ötüb. Gəlirlər şəhər...

Prezident: "COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq"

Biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu, vacibdir.   Sfera...

Şoyqudan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA: "Müharibə başlayandan bəri..."

Ukraynanın savaşda itkiləri ilə bağlı məlumat açıqlanıb.   Sfera.az bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu danışıb.   ...

May ayının şanslı və uğursuz GÜNLƏRİ - Astroloq AÇIQLADI

May ayının şanslı və uğursuz günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə məşhur rus astroloqu Vasilisa Volodina danışıb.   Pro...