Marsın ən təfərrüatlı mənzərəsi çəkilib - VİDEO
17:30 / 08.03.2020
14564
NASA "Curiosity” roverinin şəkillərinə əsaslanaraq Marsın ən təfərrüatlı görüntüsünü yayımlayıb.
Sfera.az xəbər verir ki, bu barədə kosmik agentliyin saytında bildirilib.
NASA mühəndislərinin yaratdığı panoram 1,8 milyard piksel təsvir ölçüsünə malikdir.
Təfərrüatlı görüntü Mars səthinin 2019-cu ilin 4 noyabr-1 dekabr tarixləri arasında "Curiosity” tərəfindən çəkilən şəkilləri əsasında hazırlanıb.
Təsvir mindən çox fotodan ibarətdir.