Marsdan yeni FOTOŞƏKİLLƏR

Marsdan yeni FOTOŞƏKİLLƏR
ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) Marsa enən "Perseverance” tədqiqat aparatının çəkdiyi yeni rəngli fotoşəkilləri paylaşıb.

Sfera.az xəbər verir ki, görüntülər Mars səthindəki Jezero kraterindən göndərilib. Həmin şəkillər hazırda qiymətləndirilir.

Qeyd edək ki, bir ton ağırlığı olan "Perseverance” tədqiqat aparatı fevralın 18-də yeddi aylıq uçuşdan sonra "Jezero” krateri rayonunda Marsa eniş edib. "Mars 2020” missiyası ötən ilin iyul ayında start götürüb. NASA-nın tarixində beşinci Mars aparatı olan "Perseverance” Qırmızı planetin quruluşu və geologiyasının tədqiqi üçün nəzərdə tutulan yeddi elmi alətlə, həmçinin 25 kamera və iki mikrofonla təchiz olunub.
Aparatın əsas məqsədi Mars səthindən gələcəkdə Yerə çatdırılması nəzərdə tutulan süxur nümunələri toplamaqdır. Onun göyərtəsində Qırmızı planetin atmosferindən oksigen almaq üçün eksperimental qurğu, həmçinin başqa planetdə ilk uçuşu həyata keçirəcək "kosmik helikopter” də var. NASA-nın hədəfi 2030-cu illərədək Mars planetinə insan göndərmək imkanlarına malik olmaqdır.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...

Prezident: "Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi"

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.   Sfera.az xəbər verir ki, bu sözləri...

Ərdoğan: "Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib.   Sfera.az xəb...