Marsda buzlu qum təbəqələri... - Planetdən yeni FOTO

Marsda buzlu qum təbəqələri... - Planetdən yeni FOTO
ABŞ-ın Milli Aviasiya və Kosmik Təhqiqatlar Agentliyi (NASA) sosial media hesabında Marsdan çəkilən yeni fotoları təqdim edib.
 
Sfera.az xəbər verir ki, Marsdakı araşdırmalarına davam edən NASA-nın yayımladığı fotoşəkildə planetdəki buzlu qum təpələri aydın görünür.

Buzlu təpələrin sahəsi Marsın şimal düzənliklərinin yüksək enliklərində 5 kilometr ərazini əhatə edir. 

Şəkildə yer alan digər cizgilərin isə mövsümi səbəblərdən dolayı olduğu bildirilib. Fevral ayında kosmik gəmidə xüsusi kamera ilə çəkilən fotoşəkildə buzların əriməsi nəticəsində əmələ gələn formalar da göstərilir. 

Qeyd edək ki, NASA "Perseverans” aparatını ötən il iyunun 30-da Marsa yollayıb. Aparat 7 ay müddətinə 470 milyon kilometrlik məsafəni qət etdikdən sonra 2021-ci il fevralın 20-də Marsa enib. 

Bütün bu prosseslər üçün 3 milyard dollara yaxın vəsait xərcləndiyi bildirilir. "Perseverans”ın 2 il Marsda qalacağı planlaşdırılır.

İnci 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...