Marketlərdə bizi belə aldadırlar – Ekspert “pul tələsi”ndən çıxmağın yollarını açıqladı
12:06 / 25.02.2021
5774
Son zamanlar vətəndaşların mağazalarda ən çox
qarşılaşdıqları problemlərdən biri də malların qiymətinin piştaxtadakı qiymətdən
fərqli olaraq, "sistem”də daha yüksək göstərilməsidir.
Xüsusilə iri supermarketlərdə bu cür hallar
daha çox müşahidə edilir. Nəzərə alsaq ki, əksər məhsulların qiyməti onsuz da
bahalaşıb, marketlərin bu addımı çoxluğun şikayətinə səbəb olur.
Problemlər bağlı Azad İstehlakçılar Birliyinin
sədri Eyyub Hüseynov Sfera.az-a bildirib ki, qeyd olunan faktlar süni qiymət artımının
nümunəsidir:
"Piştaxtalarda qiymət aşağı göstərilsə də,
kassada fərqli olduğunun şahidi oluruq. İllərdir, bununla bağlı bizə də çoxsaylı
şikayətlər daxil olur. Marketlər bunu bilərəkdən edir ki, istehlakçılar cəlb
olunsun və nəticədə ondan çoxlu pul çxısınlar. İstehlakçıların təxminən 70
faizi verilən çeklərə baxmır, qiymətlərdən xəbərsiz olurlar. Həmçinin marketlərin
böyük bir hissəsində malların adı qeyd edilmir. Bu yolla istehlakçıları
aldadırlar. Bax, bu faktlar da elə süni qiymət artımıdır”.
"Məsələn, kartla ödəniş zamanı bilərək artıq
pul çıxırlar. Ona görə də, tövsiyə edirəm ki, mütləq çekə baxsınlar, o cümlədən
kartla ödəniş zamanı telefona gələn sms-ə yerindəcə fikir versinlər. Çünki bu
problem hər zaman yaşanır. Belə hallarla qarşılanda 1952 nömrəsi ilə əlaqə
yaradıb, İqtisadiyyat nazirliyinə məlumat vermək lazımdır. Istehlakçı
piştaxtada gördüyü qiyməti ödəməli və rəhbərlikdən
qiymətin dəyişdirilməsini tələb etməlidir. Adətən "qiyməti dəyişdirmək
yadımızdan çıxıb” deyirlər. Amma yalandır”.
Günay Rəsulqızı
Sfera.az