No Image
No Image

Marketlərdə bizi belə aldadırlar – Ekspert “pul tələsi”ndən çıxmağın yollarını açıqladı

Marketlərdə bizi belə aldadırlar – Ekspert “pul tələsi”ndən çıxmağın yollarını açıqladı
Son zamanlar vətəndaşların mağazalarda ən çox qarşılaşdıqları problemlərdən biri də malların qiymətinin piştaxtadakı qiymətdən fərqli olaraq, "sistem”də daha yüksək göstərilməsidir.
 
Xüsusilə iri supermarketlərdə bu cür hallar daha çox müşahidə edilir. Nəzərə alsaq ki, əksər məhsulların qiyməti onsuz da bahalaşıb, marketlərin bu addımı çoxluğun şikayətinə səbəb olur.

Problemlər bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sfera.az-a bildirib ki, qeyd olunan faktlar süni qiymət artımının nümunəsidir:

"Piştaxtalarda qiymət aşağı göstərilsə də, kassada fərqli olduğunun şahidi oluruq. İllərdir, bununla bağlı bizə də çoxsaylı şikayətlər daxil olur. Marketlər bunu bilərəkdən edir ki, istehlakçılar cəlb olunsun və nəticədə ondan çoxlu pul çxısınlar. İstehlakçıların təxminən 70 faizi verilən çeklərə baxmır, qiymətlərdən xəbərsiz olurlar. Həmçinin marketlərin böyük bir hissəsində malların adı qeyd edilmir. Bu yolla istehlakçıları aldadırlar. Bax, bu faktlar da elə süni qiymət artımıdır”.

Ekspert vurğulayıb ki, hətta şəhərin mərkəzində olan iri supermarketlərdə belə istehlakçılar aldadılır:
 
"Məsələn, kartla ödəniş zamanı bilərək artıq pul çıxırlar. Ona görə də, tövsiyə edirəm ki, mütləq çekə baxsınlar, o cümlədən kartla ödəniş zamanı telefona gələn sms-ə yerindəcə fikir versinlər. Çünki bu problem hər zaman yaşanır. Belə hallarla qarşılanda 1952 nömrəsi ilə əlaqə yaradıb, İqtisadiyyat nazirliyinə məlumat vermək lazımdır. Istehlakçı piştaxtada gördüyü qiyməti ödəməli  və rəhbərlikdən qiymətin dəyişdirilməsini tələb etməlidir. Adətən "qiyməti dəyişdirmək yadımızdan çıxıb” deyirlər. Amma yalandır”.

Müsahibimiz bildirib ki, istehlakçılardan şikayətlər daim artmaqda davam edir: "Heç bir azalma yoxdur. Xüsusilə onlayn ticarətlə bağlı şikayətlər yağış kimi yağır”.
 
Günay Rəsulqızı
Sfera.az
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Azərbaycanın tank briqadası Xocalıya girsin" - Tofiq Zülfüqarovdan Xocalı aeroportundakı paradla bağlı təklif

Xocalı aeroportunda Rusiya hərbçilərinin 9 May Qələbə günü paradına hazırlıq məşqləri başlanıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda ...

9-16 may tarixləri ilə bağlı AÇIQLAMA: "Metro çalışa, SMS icazə gündəmə gələ bilər..."

Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin qərarına əsasən 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırıla...

Azərbaycanda karantin rejiminə dəyişiklik edildi - RƏSMİ

Azərbaycanda Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetinin mətbuat xidmət...

Rusiyanın “miqrantları qovacam” hədəsi nə dərəcədə ciddidir? – “Hədəf Azərbaycan və Ukraynadır...”

Rusiya Daxili İşlər Nazirliyi MDB-yə üzv ölkələrdən Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşlarının 15 iyuna qədər bu ölkədən çıxarılmasını tələb edir. Stati...

Ekspertdən mənzili plana düşən sakinlərə xəbərdarlıq: “Diqqətli olun, müqavilədə...”

Bakının Nərimanov rayonunda plana düşən yaşayış binalarının söküntüsünə başlanılacaq. Vətəndaşların kirayə haqqı, daşınma üçün lazım olan vəsait və di...

Cəmil Həsənlinin qızı olayında adı hallanan Mahir əsəbləşdi: "Nə dəqiqədə bir məni yığırsız?"

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli onun şəxsi həyatına müdaxilə və intim görüntülərinin internetdə yayılması ilə bağlı şikayətlər...