Marketdə asqıran müştəriyə cəza kəsildi

Marketdə asqıran müştəriyə cəza kəsildi
 Dünya böyük bir həbsxanaya çevrilib. İnsanlar evinə qapadılıb. Küçəyə çıxanlar, ictimaiyyət arasında olanlar isə ciddi karantin qaydalarına əməl etməli olur.

Sfera.az xəbər verir ki, Türkiyədə marketdə asqıran müştəriyə cəza kəsilib. Karabükün Safranbolu ilçəsində kassirin üstünə asqıran şəxs 392 (təxminən 100 manat) lirə cərimələnib.

İddiaya görə, A.K. marketdən aldıqlarının haqqını ödəyərkən adekvat olmayan addım atıb. Kassir iddia edir ki, müştəri bilərəkdən onun üstünə asqırıb. Marketin əməkdaşı bu yolla sağlamlığına təhlükə yarandığını bildirib. Polis işə qarışıb, müştəri cərimə olunub.

Türkiyə koronavirusun getdikcə daha böyük təhlükə mənbəyinə çevrildiyi ölkələrdəndir. Dünən virusa gün ərzində yoluxanların sayına görə qardaş ölkə hətta İtaliyanı, Böyük Britaniyanı da geridə qoyub. İndiyə qədər Türkiyədə 34 mindən çox virus daşıyıcısı qeydə alınıb, 725 nəfər həyatını itirib. (bizimyol.info)

OXŞAR XƏBƏRLƏR