Mark Zükerberq “Meta”ya görə milyonlarla dollar ödəməli olacaq – MARAQLI SƏBƏB

Mark Zükerberq “Meta”ya görə milyonlarla dollar ödəməli olacaq – MARAQLI SƏBƏB
ABŞ şirkəti "Meta” ticarət nişanının hüquqlarını "Facebook”a minimum 20 milyon dollara güzəştə getmək niyyətindədir.

Qeyd olunur ki, kompüter, noutbuk və proqram təminatı satan "Meta PCs” bir həftə əvvəl xüsusi diqqət mərkəzində olmayan sıradan bir pərakəndə satış şəbəkəsi idi.

Lakin Mark Zukerberqin "Facebook”un adını "Meta” ilə əvəz edəcəyini elan edəndən sonra sözügedən pərakəndə satış şirkəti dünyanın ən böyük texnologiya nəhənginə əqli mülkiyyət hüququ iddiası irəli sürüb.

"Meta PCs” artıq cari ilin avqust ayında ticarət nişanının qeydiyyatı üçün müvafiq qurumlar müraciət edib.

Arizonadan olan kompüter satıcılarının sözlərinə görə, şirkət onun adına olan mülkiyyət hüquqlarını 20 milyon dollardan aşağı qiymətə satmaq niyyətində deyil.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Google” Lütfi Zadəyə həsr olunan "dudl" təqdim etdi - FOTO

Məşhur "Google" axtarış sisteminin əsas səhifəsi dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadəyə həsr edilib. Sfer...

İnternetə məlumat sızdı: "iPhone 14" belə olacaq - Yeni funksiyalar/FOTOLAR

"iPhone 14" bir çox yeni funksiyalara sahib olacaq.   Sfera.az bildirir ki, Apple yeni nəsil telefonları satışa çıxarmamışdan qabaq, artıq haqqında bəzi ...

“Apple” Türkiyəyə satışlarını bərpa etdi

"Apple” şirkəti məhsullarının Türkiyə bazarındakı qiymətini orta hesabla 25 faiz qaldıraraq satışını bərpa edib. Sfera.az  xəbər verir ki, lirənin kə...

"Apple" şirkəti Şuşa ilə bağlı səhvini düzəltdi - FOTO

"Şuşa” adı ilə bağlı daha bir uğura imza atılıb.   Sfera.az bildirir ki, bu barədə mobil tətbiqlər üzrə ekspert Asif İbrahimov məlumat verib. O, bir müdd...

Ən az şüa yayan telefonlar - SİYAHI

Gündəlik həyatımızda demək olar ki, hər şey üçün smartfonlardan istifadə edirik. Mobil qurğular vasitəsilə internetdən istifadənin rahat olması aktivliyi artıra...

Vatsapda çoxdan gözlənilən funksiya işə salındı

Vatsap sosial şəbəkəsində yeni funksiya işə salınıb. Sfera.az xəbər verir ki, funksiya beta versiyada ortaya çıxıb və tezliklə bütün istifadəçilər üçün əl...