Arvadı Makronu şillələdi - FOTO - VİDEO

Arvadı Makronu şillələdi - FOTO - VİDEO

Fransa Prezidenti Emmanuel Makronun Cənub-Şərqi Asiya səfəri zamanı həyat yoldaşı Brijit Makronla yaşadığı insident sosial mediada geniş müzakirələrə səbəb olub. Hadisə prezidentin Vyetnama çatdığı anda təyyarə qapısının açılması zamanı baş verib.


Sfera.az xəbər verir ki, “Associated Press” xəbər agentliyinin yaydığı görüntülərdə təyyarənin qapısı açıldıqdan sonra Makronun göründüyü, az sonra isə Brijit Makronun onun üzünə əli ilə vurduğu və onu geri itələdiyi aydın görünür.

 

Hadisə zamanı prezidentin silkələndiyi, lakin tez toparlanaraq əl yellədiyi müşahidə olunub. Brijit Makronun üzü isə kadra düşməyib.


Cütlük rəsmi qarşılanma üçün təyyarənin nərdivanından enərkən Makron həyat yoldaşına əl uzatsa da, Brijit Makron onun əlini tutmayıb. Bu məqam sosial şəbəkələrdə müzakirələrə yol açıb.


İlk olaraq görüntülərin həqiqiliyini inkar edən Makronun ofisi, daha sonra onların gerçək olduğunu təsdiqləyib. Prezidentin yaxın ətrafından olan bir mənbə hadisəni “cütlük arasında zərərsiz söz atışması” kimi qiymətləndirib. Digər bir rəsmi isə insidentin “səfər öncəsi zarafatla stressin atıldığı bir an” olduğunu bildirib.
Rəsmi dairələr hadisəyə dair mənfi rəylərin yayılmasında “Rusiyapərəst sosial media hesablarını” günahlandırıblar.


Bəsti Rəfizadə
Sfera.az

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...