Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ

Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ

Vyetnamda inanılmaz hadisə baş verib. Bir ata qızının onun qızı ola bilməyəcək qədər gözəl olduğunu düşünüb. O, qızının onun olmadığına şübhə edib

 

Sfera.az bildirir ki, DNT testi verən ata öyrəndiyi həqiqət qarşısında şoka düşüb. Amma bir müddət sonra bu həqiqətin arxasındakı sirr pərdəsi açılıb. 

 

Əslində ailənin keçmişində hər kəsi təəccübləndirən bir hadisə olub.

 

Vyetnamlı ata qızının ona heç bənzəmədiyini və qızının çox gözəl olduğunu düşünüb.

 

Adı açıqlanmayan ata həyat yoldaşının ona xəyanət etdiyini düşünməyə başlayıb. Vyetnamın ən sıx məskunlaşdığı Ho Chi Minh şəhərində yaşayan ailə başçısı qızına DNT testi etdirməyə qərar verib.

 

 

DNT testində atanın haqlı olduğu sübuta yetirilib. Gözəl qız Lan onun qızı deyilmiş.

 

Həqiqəti öyrəndikdən sonra çox kədərlənən kişi bir gecə evə sərxoş gəlib. O, həyat yoldaşına DNT nəticələrini göstərib və onu xəyanətdə ittiham edib.

 

Həyat yoldaşı Honq ərini aldatmadığını deyib. Daha sonra ana və qızı paytaxt Hanoya köçmək qərarına gəliblər.

 

Yeni məktəbə başlayan Lan onunla eyni tarixdə eyni xəstəxanada doğulan qızla tanış olur. Aralarındakı səmimiyyət get-gedə artıb. 

 

Birgə ad günü şənliyi zamanı Lanın anası Honq qızının yeni rəfiqəsinin əslində ona çox bənzədiyini görüb.

 

Lanın anası Honq da DNT testi keçirib. Test nəticəsində məlum olub ki, o, Lanın anası yox, rəfiqəsinin anasıdır. 

 

Həyat yoldaşını günahlandıran ata yanılıb. Lan əslində nə anasının, nə də atasının övladı imiş.

 

Məktəbdə tanış olduğu Lan və rəfiqəsi xəstəxanada çaş-baş qalıblar. Honq və ərinin əsl uşaqları Lanın rəfiqəsi olub.

 

 

Bu fakt ortaya çıxan kimi ailələr birlikdə daha çox vaxt keçirməyə başlayıblar. Uşaqların bu vəziyyətə necə reaksiya verməsi isə bilinmir.

 

Təsadüfən faktların tam öyrənilməsindən sonra ailələrin xəstəxananı məhkəməyə verib-verməyəcəyi hələlik məlum deyil.

 

Xanım 


OXŞAR XƏBƏRLƏR