Soyuq Müharibə illərində Almaniyaya casusluq edən avtomexanik TÜRK KİMDİR?

Soyuq Müharibə illərində Almaniyaya casusluq edən avtomexanik TÜRK KİMDİR?

Almaniyaya işləmək üçün gedən bir çox türk mühacirdən fərqli olaraq, casusluq üçün bu ölkədə olan bir avtomexanik haqqında heç vaxt eşitməmişik. Üstəlik, bu qeyri-adi casusluq hekayəsi sadəcə yanlış adlandırma ilə başlayır. Daha yaxşı bir həyat qurmaq ümidi ilə Almaniyaya gedən Hüseyn Yıldırım, bilmədən soyuq müharibənin kölgəsində aparılan informasiya müharibəsinin ortasına çəkilir. Bəs necə? 

 

Sfera.az bu maraqlı tarixi hadisənin təfərrüatlarını təqdim edir.

 

Almaniyada avtomobil ustası kimi yaşayan Hüseyn Yıldırım əlavə gəlir əldə etmək üçün bankda kredit məsləhətçisi də işləyirdi. Bir gün iş üçün Şərqi Almaniyaya gedəndə həyatını tamamilə dəyişəcək bir tanışlığın təməli qoyulur.

 

Burada restoranda bir alman yaxınlaşıb, Yıldırımla münasibət qurub və onunla tez-tez görüşməyə başlayıb. Zamanla Yıldırım öyrənib ki, bu şəxs əslində Şərqi Almaniya kəşfiyyat təşkilatı “STASİ”nin məşhur agentlərindən Markus Volfdur.

 

Volf əvvəlcə Yıldırımı başqa bir terrorçu ilə qarışdırsa da, yanlışlıqla ona yaxınlaşsa da, Yıldırımın pula olan marağının fərqinə varınca onu özünə cəlb etmək qərarına gəlib.

 

İkisi arasındakı dostluq Qərbi və Şərqi Almaniyanın gizli görüşləri ilə daha da möhkəmlənib.

 

Bir gün Markus Volf Yıldırıma gözlənilməz təklif edir. 

 

“STASİ”-nin sənin kimi birinə çox ehtiyacı var. Bomba yoxdur, silah yoxdur ... Sadəcə məlumat toplamaq və yaxşı pul var”-deyərək onu həvəsləndirib.

 

Yıldırım pul həvəsinə görə bu təklifi qəbul edib və ABŞ ordusundan məlumat sızdıran başqa agent III Ceyms Holla birgə işləməyə başlayıb.

 

Yıldırım Qərbi Almaniyada Amerika Hərbi Kəşfiyyatında mexanik olaraq çalışarkən illərdir ABŞ ordusu ilə bağlı kritik məlumatları Şərqi Almaniyaya köçürüb.

 

1988-ci ildə Hollun tutulması və məlumatı Yıldırıma satdığını etiraf etməsi ilə Yıldırımın casusluq karyerası başa çatıb. O, 21 dekabr 1988-ci ildə FTB tərəfindən həbs edilmiş və Amerika hökumətinə 2,5 milyard dollar ziyan vurduğu bildirilmişdi.

 

15 il Almaniyada həbsdə olan Yıldırım Türkiyəyə göndərildikdən sonra Metris həbsxanasında cəmi bir gecə qalıb və Almaniyaya qayıdıb. Hal-hazırda 96 yaşı olan Hüseyn Yıldırım casusluq karyerasının təsirlərini bu günə kimi səssizcə yaşayır.

 

Aysel


OXŞAR XƏBƏRLƏR