Şamaxıda Üçüncü Üzüm və Şərab Festivalı keçirildi - FOTO/VİDEO

Şamaxıda Üçüncü Üzüm və Şərab Festivalı keçirildi - FOTO/VİDEO

Sentyabrın 7-8-də Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində Üçüncü Üzüm və Şərab Festivalı keçirilib.


Sfera.az xəbər verir ki, festivalın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digər şəxslər iştirak ediblər.


Festivalın keçirilməsinin məqsədi yerli üzüm və şərab istehsalını təşviq etmək, şərab məhsullarının ixrac potensialını artırmaq, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.

 


Festival ərazisində sərgi, əyləncə, müxtəlif master-klass zonaları və tanınmış restoranların pavilyonları quraşdırılıb, 23 şərab evinin iştirakı təmin olunub. 
Həmçinin festival çərçivəsində musiqili proqram və müxtəlif əyləncələrin təşkili nəzərdə tutulub.

 

Festivalda şərab istehsalçıları, şərabçılıq turizmi ilə məşğul olan sənaye üzvləri, rəsmi və media nümayəndələri daxil olmaqla, şərab həvəskarları aktiv formada iştirak edirlər.


Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dada, həmçinin bəyəndikləri məhsulları ala bilirlər.

 

Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.Həmçinin Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədilə yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.


Ülkər Abdurahmanlı

 

 

 


OXŞAR XƏBƏRLƏR

Hava kəskin dəyişir: temperatur aşağı enəcək

Aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.   Bu barəd...

Vüsalə bu rəqsi ilə ağılları başdan aldı - VİDEO

Teleaparıcı Vüsalə Əlizadənin görüntüsü sosial şəbəkələrdə gündəm olub.   Sfera.az xəbər verir ki, o, aparıcısı olduğu verilişində etd...

"Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir" - Famil Fərhadoğlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatımızın 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama...

Müsəlman ölkəsində matəm elan edildi

İranda Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışla əlaqədar Hörmüzqan vilayətində 3 günlük matəm elan edilib.   Sfera.a...

İstanbul üçün dəhşətli zəlzələ XƏBƏRDARLIĞI

Məlum olduğu kimi, aprelin 23-də Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ və afterşoklar İstanbul və ətraf vilayətlərdə...

Məktəbdə ən yaxşı oxuyanlar bu 6 BÜRCDƏN olur

Çalışqan və müvəffəqiyyətli tələbələr adətən gördükləri işlərlə diqqət çəkirlər. Sürətli öyrənmə və anlama qabiliyyətinə sahib olan bu tələbələr, pratik zəka il...