Bakıda keçirilən Hindistan sərgisindən REPORTAJ

Bakıda keçirilən Hindistan sərgisindən REPORTAJ

Hindistanın milli geyimləri, təbii ipəkdən şərfləri, zinət əşyaları, qab-qacağı, təbii daşları, xalçaları, ümumiyyətlə milli mədəniyyət nümunələri göz oxşayır. Artıq illərdir ki, paytaxtımızda Hindistan sərgisi keçirilir.

 

Ənənəvi hal alan sərgiyə baş çəkmək üçün Amay Ticarət Mərkəzinə üz tutduq. İçəri ayaq basandan hind musiqiləri qulağımızda səsləndi.

 

 

Sərgidə Hindistanın əl işi olan çantalar, ayaqqabılar, dəri kəmərlər və bir çox əşyalar satışa çıxarılıb. Hindistandan gələn qonaqların sərgidə satışa çıxardıqları zinət əşyaları, əl işləmələri, qadın, kişi və uşaq geyimləri bura gələnlərin zövqünü oxşayır.

 

Satıcı Aytən Abdullayeva ilə söhbətləşərək sərgiyə olan marağı soruşduq: “Azərbaycanlıların Hindistan mədəniyyətinə, incəsənət nümunələrinə, musiqisinə çox böyük marağı var. Qadınların əksəriyyəti isə əllərinə hind xınası çəkdirmək üçün sərgiyə baş çəkirlər”.

 

 

Sonra satıcı Ahmad bizə qiymətlər barədə ətraflı məlumat verdi: “Boyunbağılar, xalxallar, saçdan asılan bəzək əşyası, üzük və sırğalar – bir sözlə hər cür gözəllik əşyaları 1 manatdan 100 manata qədər məbləğdə satılır. Təbii daşlar 50-60 manata təklif olunur”.

 

 

Burada təbii şampunlar, sabun və krem çeşidləri, qadınların diqqətini çəkən təbii kosmetika vasitələri, üzə, dəriyə qulluq üçün təbii bitkilərdən hazırlanmış yağlar da sərgilənir. Tərkibində demək olar ki, heç bir kimyəvi qatqısı olmayan bu məhsulların qiyməti 5 -15 manat arasında dəyişir. Sərgidə Dehli bölgəsindən gətirilmiş çox çeşiddə qadın çantaları 35-40 manata təklif edilir, təmiz dəridən, üstü isə su keçirməyən təbii parçadan hazırlanan ayaqqabıları 25-30 manata almaq mümkündür.

 

 

 

Sərgidə ən çox diqqət çəkən Hindistanın milli geyimləridir. Rəngarəng parçalardan hazırlanan geyimlər və digər məhsulların qiymətləri də kifayət qədər münasibdir.

 

Sərginin keçirilməsində məqsəd Bakı sakinlərini Hindistan məhsulları və mədəniyyəti ilə tanış etməklə yanaşı, iki xalqın mədəni inteqrasiyasına töhvə verməkdir.

 

 

Oynaq hind musiqisinin sehrindən zövq alaraq sərgiyə olan ziyarətimizi yekunlaşdırdıq. 

 

Qeyd edək ki, sərgi səhər saat 11:00-dan axşam saat 20:00-dək fəaliyyət göstərir.

 

Ülkər Abdurahmanlı

Fotolar: Anar Bayramlı

 

 


OXŞAR XƏBƏRLƏR

İdmançılarımız Vətənə döndülər - FOTO

Fransanın paytaxtı Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları Vətənə dönüblər.   Sfera.az AZƏRTAC-a ...

Beyinə təsir edən yeni virus yayılıb - Bu üsulla keçir...

Alimlər gənə vasitəsilə ötürülən və sinir sisteminə, o cümlədən beyinə ziyan vuran yeni virus aşkar ediblər. Sfera.az xəbər verir ki, aşkara çıxarılan yeni...

Ancelina Coli premyeraya oğlu ilə qatıldı - FOTO

Hollivud ulduzu Ancelina Coli ötən axşam Toronto Beynəlxalq Film Festivalında “Qansız” filminin qala gecəsində görünüb.   Sfera.az bildirir...

Selena Qomez səhhətindəki problemlərdən danışdı:“Uşaq dünyaya gətirə bilmərəm”:

Amerikalı müğənni, aktrisa və iş qadını Selena Qomez “Vanity Fair” moda jurnalının üz qabığına çəkilərkən müsahibə verib. O, müsahibəsində səhhətind...

Fərqində olmadığımız təhlükə: “Gecə bayquşları” təhlükəli xəstəliyə daha həssasdırlar

Bu yaxınlarda aparılan araşdırma zamanı özlərini "gecə bayquşu" adlandıran (gec yatıb gec oyanamağa üstünlük verən insanların), erkən qalxanlar ilə mü...

Polis tərəfindən güllələnmək üçün insanları girov götürdü

Almaniyada məhkəmədə qəribə iş üzrə proses gedir. Belə ki, məhkəmə bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib onu güllələsin deyə qəsdən 6 nəfəri g...