Zodiakın ən güclü intuisiyaya malik BÜRCLƏRİ

Zodiakın ən güclü intuisiyaya malik BÜRCLƏRİ

Zodiakın bəzi bürcləri çox güclü intuisiyaya malikdir. Duyğularından istifadə edərək düzgün addımlar atan bu bürclərin empatiya qabiliyyəti də çox yüksəkdir. 

 

Sfera.az güclü intuisiyaya malik bürclərin siyahısını təqdim edir:

 

Xərçəng

 

Xərçənglər astrologiyada ən emosional bürclər sırasındadır. Xərçəng bürcləri öz təbiətlərinə görə çox güclü intuisiya və hisslərə malikdirlər. Hər kəsin hisslərini dərhal anlaya bilirlər. Bu xüsusiyyətlər sayəsində qarşıdakı insanın əslində necə olduğunu dərhal anlayırlar. Xərçənglər yüksək intuitiv gücləri sayəsində insanların keyfiyyət və qabiliyyətlərini daha asan təhlil edirlər.

 

Tərəzi

 

Tərəzilər balanslı yanaşmaları ilə ətraflarında baş verən hər şeyi dərhal hiss edirlər. Bu bürcü aldatmaq və ya fikrini yayındırmaq mümkün deyil. Tərəzilər, ümumiyyətlə, insanlardan çox şübhələnirlər. Onlar pis bir şey hiss etdikdə heç vaxt o insanın yanında olmurlar. Tərəzilər ətrafdakı şəraitdən o qədər xəbərdardırlar ki, bəzən detektiv rolunu da götürə bilirlər.

 

Əqrəb

 

Əqrəbləri aldatmaq demək olar ki, mümkün deyil. Əqrəblər həyatları boyu qarşılaşdıqları hər hadisəni sorğulayırlar. Onların ciddi inam problemləri var. Bu bürcə sahib insanlar qarşılaşdıqları hər kəsdən şübhələnirlər. Bu səbəbdən asanlıqla dostluq edə bilmirlər. Onlar çox güclü intuisiyaya malik olduqları üçün tanış olduqları insanları daha asan təhlil edirlər.

 

Balıqlar

 

Balıqlar intuitiv qabiliyyətləri ən güclü olan bürclərdəndir. Balıqlar insanların fikir və hisslərini dərhal hiss edirlər. Başlarına gələ biləcək hər yaxşı və ya pis vəziyyəti əvvəlcədən hiss etdikləri üçün ehtiyatlı davranırlar. Balıqlar ətrafdakı insanları çox yaxşı tanıyırlar. Bu səbəbdən onlardan heç vaxt bir şey gizlətmək mümkün deyil.

 

Əkizlər

 

Əkizlər çox sosial və hiperaktivdir. Əkizlər dost qrupları ilə birlikdə olmağı və yeni insanlarla tanış olmağı sevirlər. Onlar insanları kitab kimi oxuya bilirlər. İnsanların xüsusiyyətlərini, hisslərini çox yaxşı təhlil edirlər. Əkizlər bürcü insanları ətraflarında baş verən hər şeyi və heç kimin fərqinə varmadığı detalları diqqətlə izləyirlər. Hisslərindən istifadə edərək həyatlarını yönləndirməyə çalışırlar.


Oxatan

 

Oxatanlar həmişə yeni məlumatlar öyrənmək istəyirlər. Oxatan bürcündə olan bu öyrənmə aclığı da onların hisslərini çox inkişaf etdirməsinə kömək edir. Eşitdiklərini, bildiklərini hissləri ilə qarışdıran Oxatanları aldatmaq mümkün deyil. Oxatanlar insanları qiymətləndirməkdə çox bacarıqlıdırlar. Təbiətcə çox sosial olsalar da, onların hər zaman kiminsə yanında olduqlarını heç vaxt görməyəcəksiniz. Çünki onların hissləri Oxatanları həmişə düzgün istiqamətləndirir.

 

Qoç, Buğa, Şir, Qız, Oğlaq və Dolça öz atmosferlərini ölçməklə nə baş verdiyini anlaya bilərlər, lakin altıncı hissləri güclü deyil.

 

Fidan
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda sahibkarlığın inkişaf tarixi

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra sahibkarlıq fəaliyyəti böyük inkişaf yolu keçib.   Sfera.az xatırladır ki, ilk illər sahibkar...

Livanın baş naziri Qərb səfirləri ilə təcili görüş TƏLƏB ETDİ

İsrailin Livanın cənubunda mülki müdafiə heyətinə hücumundan sonra Baş nazir Nəcib Mikati Qərb səfirləri ilə təcili görüş tələb edib.   Sfera.az xəbə...

Bu tarixlərdə güclü maqnit qasırğası olacaq - ƏHALİNİN DİQQƏTİNƏ!

“Sentyabrın 11-dək geomaqnit qasırğası gözlənilir”.   Bu barədə Sfera.az-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib.   ...

Prezident Tacikistan liderinə təbrik məktubu GÖNDƏRDİ

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib.   Sfera.az xəbər verir ki, təbrikdə deyilir: ...

Prezident: "Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması diasporun inkişafına böyük imkanlar yaradır"

Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır.   Sfera.az...

Prezident: "Tacikistanla möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk"

Biz Azərbaycan ilə Tacikistan arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə b...