Brend nədir və insanların diqqətini necə çəkir? - ARAŞDIRMA

Brend nədir və insanların diqqətini necə çəkir? - ARAŞDIRMA

Brend yalnız marketinq sahəsində çalışanların deyil, hər hansı bir adamın da marağına səbəb olacaq termindir. Bəzi insanlar sırf “Mənim son model “Iphone”um var” deyə bilmək üçün olan qalan pulunu, hətta olmayanda belə, kreditlə də olsa, gedib o telefonu alır. Hətta bir müddət telefon qabı işlətmirlər ki, telefonun markası görünsün. Bəli, belə insanlar olduqca çoxdur. Sırf sosial şəbəkə hesablarında o şəkli paylaşsınlar deyə, “Starbucks”dan kofe alanlar var. Bəzi insanlarda hətta bu, xəstəlik halını alıb, el arasında buna “göstəriş xəstələri” də deyirlər.

 

Bəs brend nədir? İnsanlara necə bu qədər təsir edə bilir?

 

Sfera.az bu barədə araşdırmasını təqdim edir.

 

Brend – bir məhsulun xüsusiyyətlərinin qeyri-maddi miqdarı: onun adı, qablaşdırma və qiyməti, onun tarixçəsi, reputasiyası və reklam üsullarıdır. Brend həmçinin istehlakçılara göstərdiyi təəssüratların və markanın istifadəsi təcrübəsinin ümumi nəticəsidir.

 

Başqa sözlə, brend təkcə reklam və irəliləyiş deyil, həm də şirkətlərin aldıqları məhsullardan tutmuş, istehsala, personalın idarə olunması və satışa qədər şirkətlərin bütün fəaliyyəti deməkdir. Yəni brendinq bir şirkətin marka, ad, qablaşdırma, tarix, ünvan və reklam üsulu ilə müəssisənin rentabelliyinin artırılması üçün istehlakçıların məlumatlandırılmasını idarə etməyə imkan verən sosial-psixoloji qanunlara əsaslanan bir şirkət, məhsul axını, insan resursları və s. idarə etmək fəlsəfəsidir.

 

Brend və brendləşmənin qısa tarixinə nəzər yetirsək, əvvəl “brend” sözündən başlaya bilərik. Brend linqvistikaya görə, italyan mənşəli bir söz olaraq qeyd olunur, ancaq italyan dilinə ingiliscə “mark” (işarə) sözündən keçib. 19-cu əsrdə amerikalılar markalanma prosesi üçün “burning their mark” / “brend yandırmaq” (“nəyinsə üzərinə yandırmaqla damğa vurmaq” mənasını verir) naxışından istifadə edirlər.

 

Digər tərəfdən, bir məhsul yaranan kimi brend olmur. O, brend olmaq üçün uzun mərhələlərdən keçməlidir. Özünəməxsus adı, loqosu, şüarı ilə yanaşı, marketinqi, PR-ı da güclü olmalıdır. İnsanların zövq və istəklərinə toxunmanın yollarını tapmalıdırlar. Bir məhsul müştərisinə özünü sevdirməyi bacarıbsa, onun alışı davamlı olur, müştəri onu hər hansı bir mağazada tapmayanda, sırf o məhsul üçün digər mağazaları da gəzib tapana kimi axtarır.

 

Bir də şəxsi brend anlayışı mövcuddur. Məsələn, hər hansı şəxsin əl bacarığı var, bu bacarığını inkişaf etdirməyə nail olur və işini brendləşdirmək qərarı alır. Bunun üçün həmin yaratdığı bu məhsul və ya xidmətə uyğun ad təyin edir, daha sonra onu ilk sosial media üzərindən reklam edərək müəyyən kütləyə çatdırır və yayılmasını təmin edir. Düzgün strategiya qurduqdan sonra ən əsası da əlindəki məhsul və xidmətə güvənirsənsə, müəyyən zamandan sonra istənilən nəticəni əldə etmək mümkündür.

 

Alıcı bir məhsula və ya xidmətə ehtiyac duyduğu zaman, qiymətdən asılı olmadan eyni brendi alırsa, deməli, artıq həmin brendi digərlərindən daha çox sevib.

 

Brendinq  bir ticarət nişanının istehlakçıya ümumi güclü təsirinə əsaslanan bir fəaliyyətdir, məhsulu rəqiblər arasında fərqləndirən və imicini yaradan müəyyən bir fikir və eyni dizayn tərzi ilə birləşdirən qablaşdırmalar, reklam müraciətləri və reklamın digər elementləridir.

 

Reklamların insan psixologiyasında yaratdığı təsir gücünə, yəqin ki, illərdir, şahid olursunuz. Reklamların da müsbət və mənfi cəhətləri var. Elə brend vardır ki, biz sırf onu hər hansı bir reklam çarxı sayəsində tanıyıb, sevib, yaddaşımıza həkk etmişik. Bəzən isə bir reklamda görüb, həvəslənib alandan sonra reklamlarda göründüyü kimi olmadığının da şahidi olmuşuq. Çünki reklam çəkilən zaman bir məhsulun və yaxud xidmətin izləyiciyə xoş görünməsi üçün olduqca fərqli və ağlınıza belə gəlməyəcək hiylələrə əl atırlar.

 

“McDonald’s” “İyi kahve, iyi fiyata” adı altında “Starbucks”a eyham vuraraq reklam çarxı çəkmişdi.


Bu reklamda kofe almağa gələn 3 fərqli müştəriyə müxtəlif təkliflər etmişdilər. 1-ci müştəriyə daha ucuz qiymətə üzərində ad yaza biləcəyini deyərək kofe təklif edilib, 2-ci müştəriyə daha ucuz qiymətə üzərində müxtəlif gül təsvirləri çəkə biləcəyini deyərək latte təklif edilib, 3-cü müştəri isə amerikano istədiyini bildirib, cavab olaraq isə “Saqqallı, eynəkli və dəbli bir bəy tərəfindən servis edilməsini istəyirsinizmi?”,- deyə bir sual ilə qarşılaşıb. Nəticə olaraq, təqdim edilən bu 3 müxtəlif təklifləri 3 müştəri də geri çevirərək həmişəki kimi sadə kofe seçimlərini edirlər.

 

//www.youtube.com/watch?v=nX7VjkSscfI (reklamı izləmək üçün)

 

“Panda Hazlı və Öfkeli” adlı reklam çarxında “Magnum” dondurma reklamlarına ironiyalı və əyləncəli video çəkmişdi. Belə ki, “Magnum” reklamlarından tanıdığımız qadın obrazını canlandıran aktrisa dondurmanı dişləyərkən öncə dişlərinin soyuqdan ağrıdığını hiss etdirmişdi. Dişlədikdən sonra ortaya çıxan səsi bu reklamın kamera arxasında kök qırmaqla eyni o səs effektini çıxartmağa çalışdıqlarını göstərmişdilər. Yaxud “Magnum” dondurmalarının çubuqlarında olan hədiyyələri qazanma şansının milyonda bir olduğunu və qalib olan şəxsin də həmin avtomobili əldə etsə belə, onun vergisini ödəmə imkanının olmayacağını dilə gətirirlər.

 

//www.youtube.com/watch?v=bF4irLR9NBo (reklamı izləmək üçün)

 

Bu kimi ironiyalı və içində həqiqət olan reklamlar olduqca çoxdur. Biz bu reklamlar vasitəsilə göz görə-görə, həqiqətən də insanları asanlıqla ələ ala biləcəklərinin şahidi oluruq. Bununla da, həmin bu kimi brendlərin düzgün strategiya ilə insanları necə cəlb etdiklərini və artıq bunu mükəmməl şəkildə həyata keçirdiklərini qəbul etməliyik.

 

Tək TV reklamları sayəsində deyil, başqa metodlarla da insanların fikirlərini cəlb etmək olur. Məsələn, geyim mağazalarının vitrinlərində düzgün geyimləri kombinasiya etməklə, müştərinin marağını cəlb etmək mümkündür. Müştəri mağazadan nələrsə almaq fikri olmasa belə, həmin mənzərəni gördükdən sonra mağazaya daxil olub alış-veriş edir. Əslində, insanların alış-veriş etməsi üçün daha çox motivasiyaya ehtiyacı olur. Əgər həmin müştərinin damarını tuta bilsəniz, onun bəyəndiyi məhsulu bir göz qırpımında aldığını görəcəksiniz. Nəticədə, uğur əldə edən brendlərin əsas müsbət cəhəti insan psixologiyasını tam olaraq mənimsəməsidir. Onlar nə zaman, kimin üçün, necə məhsul və xidmət təqdim edəcəkərini bilib, ona əsasən hərəkət edirlər.

 

Firuzə Əliyeva
 

 


OXŞAR XƏBƏRLƏR

ABŞ prezidentliyinə namizəd Kamala Harris kimdir?

ABŞ-ın vitse-prezidenti, 59 yaşlı Kamala Harris 2024-cü il noyabrın 5-nə təyin edilmiş prezident seçkilərində iştirak etmək arzusunda olduğunu açıqlayıb. Sfe...

Xırdalanda yaşayış binasında yanğın- Sakinlərin təxliyə anı + VİDEO

Xırdalanda Həzi Aslanov küçəsində çoxmənzilli yaşayış binasında yanğın baş verib.   FHN-dən Sfera.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğı...

Baş nazirin sədrliyi ilə iclas: Qərar qəbul olundu

2024-2025-ci il istilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı iclas keçirilib.   Nazirlər Kabinetindən Sfera.az-...

Bakıda azyaşlını girov götürən şəxs zərərsizləşdirildi

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı kəndindən keçən hissəsində Şamaxıdan Ağsu istiqamətinə hərəkətdə olan mikroavtobus, əks istiqamətdən gələn minik av...

Şamaxıda ağır qəza: 10 nəfər xəsarət aldı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı kəndindən keçən hissəsində Şamaxıdan Ağsu istiqamətinə hərəkətdə olan mikroavtobus, əks istiqamətdən gələn minik av...

Azərbaycanda jurnalistika ictimai-siyasi fikir institutu səviyyəsinə yüksəlib

1875-ci il iyulun 22-də xalqımızın maarifpərvər oğlu, tanınmış elm xadimi  Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Ək...