ABŞ-də insana geni dəyişdirilmiş donuz böyrəyi köçürüldü - UĞURLU NƏTİCƏ

ABŞ-də insana geni dəyişdirilmiş donuz böyrəyi köçürüldü - UĞURLU NƏTİCƏ

ABŞ-nin Nyu-York şəhərində yerləşən “NYU Langone Health” klinikasında donuz böyrəyinin insana köçürülməsindən sonra çox yaxşı nəticə əldə edilib.

 

Sfera.az xəbər verir ki, cərrahlar tərəfindən beyin ölümü keçirən bir insana köçürülən donuz böyrəyi bir aydan çox normal fəaliyyət göstərib. Həkim qrupunun bu cür əməliyyatlar keçirməkdə məqsədi donuz böyrəyinin canlı xəstələr üzərində sınamaq niyyətidir. Nyu-York Universitetinin “Langone” orqan transplantasiyası institutunun direktoru Robert Montqomeri “Associated Press”ə deyib ki, ilkin əlamətlər, köçürülən orqanın insan orqanı kimi işləyəcəyinə dair ümidləri artırıb.

 

Direktor bildirib ki, donuz böyrəyi insan bədəninə köçürüləndən sonra insan böyrəyindən də yaxşı işləyib: “İyulun 14-də ölən bir adamın öz böyrəkləri geni dəyişdirilmiş donuzun bir böyrəyi ilə əvəzləndi, böyrək dərhal sidik istehsal etməyə başladı. Ölkədə transplantasiya siyahısında 100 000-dən çox xəstə var və hər il minlərlə insan böyrək gözləyərkən ölür. Bu sınaq böyrək çatışmazlığı yaşayan insanlar üçün bir ümid işığıdır”.

 

Xatırladaq ki, heyvandan insana transplantasiya cəhdləri onilliklər ərzində uğursuzluqla nəticələnib. Çünki insanların immun sistemi yad toxuma qəbul etmir. İndi tədqiqatçılar orqanları insan orqanizminə daha yaxşı uyğunlaşdırmaq üçün geni dəyişdirilmiş donuzlardan istifadə edirlər.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda gələn il iki seçki keçiriləcək

Azərbaycanda 2024-cü ildə iki seçki keçiriləcək.   Sfera.az-ın xəbərinə görə, gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri elan olunub. ...

Günəşdə yaranan qara dəlik planetimizə radiasiya yayır

Alimlər Günəşin səthində açılmış qara dəliyin yerə radiasiya cərəyanlarının geomaqnit qasırğaları yaydığını aşkarlayıblar.   Sfera.az-ın məlumatına g...

"Bir az soyuqqanlı olun" - Qurban Yetirmişli

"Belə hadisələrə öyrəşmək lazımdır".   Sfera.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qu...

Seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq - RƏSMİ

Seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanmağa başlayacağı vaxt açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmol...

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq

Azərbaycanda 2024-cü il fevralın 7-si qeyri-iş günü olacaq.   Sfera.az-ın xəbərinə görə, gələn il fevralın 7-si çərşənbə gününə təsadüf edir. &nbs...

"Dağıntı və tələfatla bağlı DİN-ə məlumat daxil olmayıb" - Elşad Hacıyev

"Dağıntı, tələfat, hər hansısa xoşagəlməz halla bağlı məlumat daxil olmayıb".   Sfera.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mət...