Kainatın ən qədim 4 qalaktikasından biri TAPILDI

Kainatın ən qədim 4 qalaktikasından biri TAPILDI

Alimlər kainatın ən qədim 4 qalaktikasından birini kəşf ediblər.

 

Sfera.az xəbər verir ki, beynəlxalq astronomlar qrupu müstəqil araşdırma çərçivəsində kainatın ən qədim dörd qalaktikası siyahısına daxil edilmiş Meysi qalaktikasının mövcudluğunu təsdiqləyib. 

 

"Macy Galaxy" ilk dəfə 2022-ci ilin yayında görülüb. Hələ o zaman elm adamları onun relikt obyekt olduğunu irəli sürüblər. Onun mövcudluğunu təsdiqləmək üçün bir il və spektroskopik müşahidələr aparılıb.


Yeni tədqiqat həm də bu obyektin dəqiq yaşını ölçməyə imkan verib - məlum olub ki, qalaktika Böyük Partlayışdan cəmi 390 milyon il sonra yaranıb. Bu onu qeydə alınmış ən qədim dörd qalaktikadan biri edir. Obyekt öz adını qalaktikanı ilk dəfə görən tədqiqat qrupuna rəhbərlik edən astrofizik Stiven Finkelşteynin qızının şərəfinə alıb. 

 

Astronomiya professoru Stiven Finkelşteyn deyib ki, Meysi qalaktikası ilə bağlı ən maraqlı cəhət odur ki, o, "JWST"dən istifadə edilərək müəyyən edilmiş ilk uzaq qalaktikalardan biri olub və bu dəstdən o, əslində spektroskopik olaraq təsdiqlənən ilk qalaktikadır. O, həmçinin bildirib ki, kəşf qızı Meysinin ad günündə edilib və buna görə də qalaktika onun adını daşıyır.

 

Digər tədqiqatların bir hissəsi olaraq astrofiziklər hazırda Meysi qalaktikasından daha qədim ola biləcək onlarla başqa qalaktikanın xüsusiyyətlərini qiymətləndirirlər.

 


Əzizə


OXŞAR XƏBƏRLƏR

Günəşdə yaranan qara dəlik planetimizə radiasiya yayır

Alimlər Günəşin səthində açılmış qara dəliyin yerə radiasiya cərəyanlarının geomaqnit qasırğaları yaydığını aşkarlayıblar.   Sfera.az-ın məlumatına g...

"Bir az soyuqqanlı olun" - Qurban Yetirmişli

"Belə hadisələrə öyrəşmək lazımdır".   Sfera.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qu...

Seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq - RƏSMİ

Seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanmağa başlayacağı vaxt açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmol...

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq

Azərbaycanda 2024-cü il fevralın 7-si qeyri-iş günü olacaq.   Sfera.az-ın xəbərinə görə, gələn il fevralın 7-si çərşənbə gününə təsadüf edir. &nbs...

"Dağıntı və tələfatla bağlı DİN-ə məlumat daxil olmayıb" - Elşad Hacıyev

"Dağıntı, tələfat, hər hansısa xoşagəlməz halla bağlı məlumat daxil olmayıb".   Sfera.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mət...

Zəlzələ nəticəsində dağıntı olub? - RƏSMİ AÇIQLAMA

“Bu gün FHN-ə dağıntılarla bağlı heç bir məlumat daxil olmayıb”.    Sfera.az xəbər verir ki, bunu FHN-nin Tikintiyə Nəzarət Dövlət A...