Aspirinin bu istifadə üsullarını biləndə çox təəccüblənəcəksiniz

Aspirinin bu istifadə üsullarını biləndə çox təəccüblənəcəksiniz

Dünyada ən çox istifadə edilən dərmanlardan biri olan Aspirin ağrı, qızdırma və iltihabın müalicəsi üçün təyin edilir. Hamımızın bildiyimiz aspirin tibbdə sağlamlıq sahəsində olduğu kimi bir çox fərqli sahədə də istifadə olunur. Təmizlikdən bitki baxımına, dəri maskalarından həşərat dişləmələrinə qədər müxtəlif sahələrdə istifadə oluna bilən aspirin çox yönlü olması və ucuzluğu ilə evlərimizin dirəklərindən biridir.

 

Yaxşı, aspirindən dərman kimi istifadə etməkdən başqa hansı müxtəlif sahələrdə istifadə etməyə üstünlük verirsiniz?



Sfera.az bildirir ki, tövsiyə edəcəyimiz bir çox reseptləri sınayaraq problemlərinizin həllini tapa bilərsiniz. Allergik dəri növünüz varsa, bəzi reseptləri ehtiyatlı şəkildə tətbiq etməyi məsləhət görürük.



Kəpəksiz saçlara sahib olun

Açıklama yok.



Bir çox fərqli kəpək şampunu sınamağınıza baxmayaraq saçınızdakı kəpəkdən xilas ola bilmirsinizsə, saçlarınız üçün aspirin istifadə etməyə cəhd edə bilərsiniz. İki aspirini toz halına salıb gündəlik şampununuza əlavə etdikdə saçınızdakı kəpəyin azaldığını görə bilərsiniz.


Bitkiləriniz üçün bitki qidası hazırlayın


Açıklama yok.

Evinizdə qayğı göstərdiyiniz bitki və ya çiçəkləriniz solmağa başlayıbsa və canlılığını itiribsə və nə edəcəyinizi bilmirsinizsə, narahat olmayın. Aspirinin köməyi ilə bitki qidası hazırlamaqla çiçəklərinizi canlandırmaq və onları əvvəlki vəziyyətinə qaytarmaq mümkündür.



RESEPT VƏ TƏTBİQ



● 1 litr suda 1 aspirinin dörddə birini həll edin.

● Qarışığı sprey şüşəsinə tökün.

● Cansız görünən bitkilərinizin yarpaqlarına az-az sıxaraq bitki qidasından istifadə edin.

● Sağlam bitkiləriniz üçün istifadə etməməyi tövsiyə edirik.


Tər ləkələrini çıxarın

Açıklama yok.

Xüsusilə ağ və açıq rəngli paltarlarda çətin çıxarılan ləkələrdən biri də tər ləkələridir. Dəfələrlə yuyulmağınıza baxmayaraq paltarınızdakı tər ləkələrindən xilas ola bilməmisinizsə, aspirinin ləkə çıxarıcı xüsusiyyətindən yararlana bilərsiniz.

 

RESEPT VƏ TƏTBİQİ
 

● 2 aspirini soyuq suda həll edin. Soyuq sudan istifadə etmək vacibdir, çünki isti su ləkənin paltarınıza daha da çökməsinə səbəb olacaqdır.

● Qarışığı paltarınızdakı tər ləkələrinin üzərinə çəkin.

● Qarışığı paltarlarınızda 2-3 saat saxlayın.

● Nəhayət, paltarlarınızı maşında və ya əllə yuyun.


Hamamınızı parıldadın


Açıklama yok.

Aspirinin fərqli istifadə sahələrindən biri hamamın təmizlənməsidir. Duş kabinanızı, çəlləklərinizi və unitazlarl təmiz və parlaq etmək üçün özünüz hazırlaya biləcəyiniz aspirin təmizləyicisindən istifadə edə bilərsiniz.
 

RESEPT VƏ TƏTBİQİ

● Bir neçə aspirini toz halına salın.

● Aspirini adi hamam təmizləyicinizlə qarışdırın.

● Hazırladığınız qarışığı təmizləmək istədiyiniz bütün səthə sprey edin və yarım saat gözlədikdən sonra durulayın.
 

Üz maskası hazırlayın

Açıklama yok.


Əgər üzünüzdə qocalma əlamətləri varsa, dərinizi daha sıx etmək istəyirsinizsə, hazırlayacağınız aspirin maskası sizə kömək edə bilər. İstəsəniz bu qarışığı əllərinizə və boynunuza da çəkə bilərsiniz.

RESEPT VƏ TƏTBİQİ

● 1 çay qaşığı su, 1 yumurtanın ağı və 2 aspirini köpüklənənə qədər yaxşıca qarışdırın.

● Maskanın birinci qatını 1 fırçanın köməyi ilə təmiz dərinizə çəkin.

● Daha 5 dəqiqə gözlədikdən sonra maskanın 2-ci qatını yenidən çəkin.

● Qarışıqınız bitənə qədər 5 dəqiqə gözləyərək qat tətbiq etməyə davam edin.

● Maska üzünüzdə quruduqdan sonra dərinizi yüngülcə sürtərək ilıq su ilə yuyun.
 

Həşərat dişləmələrini aradan qaldırın



Açıklama yok.
Daha çox yay aylarında baş verən milçək və həşərat dişləmələri qaşınma və sızanaqlara səbəb ola bilər. Həşərat dişləmələri üçün xüsusi məlhəmlər olsa da, bu məlhəmlər yanınızda yoxdursa və ya daha sərfəli həllə üstünlük verirsinizsə, aspirinlə həşərat dişləmələrinə qarşı təsirli krem ​​hazırlaya bilərsiniz.

RESEPT VƏ TƏTBİQİ

● 1 aspirini toz halına salın.

● Aspirini həmişə istifadə etdiyiniz nəmləndirici ilə qarışdırın.

● Həşərat dişləməsinin üzərinə çəkin.
 

Döyənəkləri yox edin
 

Açıklama yok.

Çox gəzmək, narahat ayaqqabı istifadə etmək kimi səbəblərdən uzun müddət ayaqqabının içində qalan ayaqlarda kalluslar (döyənək) görünə bilər. Əgər sizdə çox narahat və ağrılı kalluslar varsa, bu kallusların müalicəsi üçün aspirindən istifadə edə bilərsiniz.

 

RESEPT VƏ TƏTBİQİ

● 6-7 aspirini toz halına salın.

● Aspirin tozuna 1 çay qaşığı limon suyu və 1 çay qaşığı su əlavə edərək bütün inqrediyentləri qarışdırın.

● Qarışığı kallusa çəkin.

● Zədələnmiş nayihəni əvvəlcə quru parça, sonra isə yapışqan filmlə sarın.

● Ayaqlarınızı 15 dəqiqə yuxarıda saxlayın

● Ayaqlarınızı yaxalayın

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....