Maradonanın şərəfinə kilsə açıldı

Maradonanın şərəfinə kilsə açıldı
Meksikanın San-Andres-Çolula şəhərciyində yaşayan argentinalı Marselo Sankador ölkədə ilk, dünyada isə ikinci Maradona kilsəsi açıb.

Sfera.az xəbər verir ki, o, futbol azarkeşlərinə Katolik kilsələrinə alternativ olaraq buranı ziyarət etməyi təklif edib.

Kilsə futbol əfsanəsi Dieqo Maradonanın fotoları ilə doludur. Kilsənin yaradıcısı Maradonanı "Futbolun Allahı” adlandırıb. Onun sözlərinə görə, xristian, katolik kilsəsinə getmək istəməyənlər hər zaman Dieqonun həyatından arxiv görüntülərin əks olunduğu məbədə gələrək, futboldan bəhs edə, dostları ilə qəhvə içə biləcəklər. 



OXŞAR XƏBƏRLƏR