Maradona əməliyyat olundu

Maradona əməliyyat olundu
Xroniki subdural hematoma diaqnozu qoyulan Argentinanın "Ximnasiya və Esqrima" futbol komandasının baş məşqçisi Dieqo Maradona əməliyyat olunub.

Sfera.az " "Ole" nəşrinə istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssisin əməliyyatı uğurlu keçib.

Futbolçunun həkimi Leopoldo Luke xəstənin durumun yaxşı olduğunu bildirib: "Əməliyyat 120 dəqiqə çəkdi. Hər şey normal və fəsadsız başa çatdı".

Maradona sonuncu dəfə oktyabrın 30-da "Ximnasiya və Esqrima" komandasının "Patronato"nu 3:0 hesabı ilə yendiyi çempionat matçında ictimaiyyət qarşısına çıxıb. Bu qələbə əfsanəvi futbolçunun 60 illik yubileyinə təsadüf edib. O, oyundan öncə xatirə lövhəsi alıb, amma özünü piss hiss etdiyini deyərək, qarşılaşmanı sonadək izləməyib. Sabiq hücumçu paytaxt Buenos-Ayresdən bir saatlıq məsafədə olan klinikaya yerləşdirilib.

Qeyd edək ki, son illər Dieqo Maradona səhhəti sarıdan çoxlu problem yaşayıb.

OXŞAR XƏBƏRLƏR