“Nizami” metrosu dünyanın ilk beşliyində - FOTO

“Nizami” metrosu dünyanın ilk beşliyində -  FOTO
"Qafqaz Xəbərləri" nəşri dünyanın ən gözəl stansiyalarının reytinqini dərc edib. Siyahıda Bakı Metropoliteninin "Nizami" stansiyası da yer alıb.
 
Reytinq cədvəlində birinci yerdə qərarlaşan Tayvanın Qaosyun şəhərində yerləşən "Formoza Bulvarı" metro stansiyası şüşə panellərdən işlənmiş göz oxşayan tərtibata malikdir. Panelin uzunluğu 4500 metrdir. Yüzlərlə ayrı-ayrı şüşə hissələrindən işlənmiş parlaq mozaikanı rəssam Narçis Kvolyata ərsəyə gətirib. Kaleydosk effekti sayəsində bu metro stansiyası yeni ailə həyatı qurmuş şəxslərin sevimli fotoçəkiliş meydançasına çevrilib.
 
 
30 metrlik diametrə malik günbəzdə insan həyatının 4 əsas ünsürü həkk edilib. "Su" - həyat, "Yer" - inkişaf və iqtisadi yüksəliş, "İşıq" - yaradıcılıq ruhu, "Od" isə sevgi və dözümlülük mənasını ifadə edir. İtaliyanın Neapol şəhərində yerləşən "Toledo" metro stansiyası "İşıq panelləri" sayəsində ən gözəl yerlərdən biridir. Bundan başqa, bu metro stansiyası, həmçinin Neapolda ən dərin stansiyalardan hesab edilir.
 
Moskvanın "Komsomol" metro stansiyası arxitekturasına görə klassisizm elementlərini özündə birləşdirən möhtəşəmliyi, təmtəraqlılığı ilə seçilən Stalin ampirinin apofeozudur. Stansiyanın şimal sonluğunda kiçik günbəzli avanzala doğru aparan pilləkən yerləşir. Uzun və geniş dəhliz avanzaldan eskalator tunelinə doğru davam edir. Eskalator tuneli öz növbəsində hər iki stansiya qovşağı üçün ümumi yerüstü vestibülə aparır. Böyük Vətən müharibəsində sovet xalqının zəfəri stansiya interyerlərinin arxitekturasında aparıcı mövzudur.
 
"Nizami" stansiyası Bakı metropoliteninin ilk xəttinin sonuncu stansiyasıdır. Mühüm inzibati və elmi mərkəzlərin yerləşdiyi Bakının Dağlıq hissəsinə aparan metropoliten xəttinin əvvəli burdan başlanır. Amma bu stansiyanın reytinqdə yer almasının tək səbəbi bu deyil. Nəşrdə qeyd edilir ki, "Nizami" - eskalatorlarla təchiz edilmiş dərin stansiyadır. Azad qadın heykəlinin yaxınlığında yerləşir. Stansiyanın daxili hissəsinin tərtibatında milli memarlığın ən gözəl nümunələrindən istifadə edilib.
 
 
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılmış "Nizami" stansiyası Bakı Metropoliteninin ən gözəl işlənmiş stansiyalarından biridir. Bu stansiya SSRİ xalq memarı akademik M. Useynovun layihəsi üzrə inşa edilib. Yeraltı metro stansiyasını Nizami Gəncəvinin mozaika portreti və onun əsərlərinin pannosu bəzəyir.

OXŞAR XƏBƏRLƏR

Məcnun Məmmədov Ağcabədidə vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov dekabrın 13-də saat 09:00-da Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətənd...

Yaponiyada müflis olan şirkətlərin sayı ARTIR - Rekord təkrarlanır

2024-cü ildə Yaponiyada iflas olan şirkət sayı son 11 ilin rekord həddinə çatıb.   Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunun...

Azərbaycanda ət BAHALAŞDI

Son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib. Statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında xırda buynuzlu heyva...

"Rabitəbank"dan YENİLİK - Taksit funksiyalı Kartmane kartı

Rabitəbank, müştərilərinin alış-verişlərini daha rahat idarə etməsi məqsədilə taksit funksiyalı yeni Kartmane kartını təqdim edib. Bu yeni məhsul sərfəli şərtlə...

Azərbaycan futzal millisinin İsveçlə oyun üçün heyəti açıqlandı

Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsində İsveç yığması ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.   Sfera.az xəbər ve...

Əsəd niyə İrana yox, Rusiyaya sığındı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bəşər Əsəd və ailə üzvləri Rusiyanın paytaxtı Moskva şəhərindədir. Bəzi məlumatlara görə, Rusiya Suriyadakı qüvvələrinin təhlükəsiz şərai...