“İndi bilmişəm, bazar-dükan nədir…” - Amaliya Pənahova

“İndi bilmişəm, bazar-dükan nədir…” -  Amaliya Pənahova

Xalq artisti Amaliya Pənahova mərhum həyat yoldaşı Yusif Muxtarovun yoxluğundan danışıb.

Sfera.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa “Onlar” verilişinə açıqlamasında qarşılıqlı inam sayəsində 45 il bir yerdə yaşadıqlarını deyib:

“Yoldaşım, artıq 5 ildən çoxdur, rəhmətə gedib. Biz 45 il ömür-gün yoldaşı olduq. 2 övlad, 3 nəvə böyütdük. Mənə elə gəlir ki, qarşılıqlı inam, qarşılıqlı anlaşma olmasaydı, biz bu qədər ömür-gün yoldaşı olmazdıq. O özü də böyük sənətkar idi. Azərbaycan radiosunun aparıcı diktoru olub. Sənətkar ailəsi olmuşuq və bu ailədə 2 çox tərbiyəli övlad böyüdü, indi nəvələr böyüyür”.

A.Pənahova həyat yoldaşının ölümündən sonra məişət qayğılarını öyrəndiyini söyləyib:

“Biz institutun birinci kursundan bir yerdə idik. O, məni səhnədə görməyi sevirdi, heç vaxt sənətimə şübhə ilə yanaşmamışdı. O, mənə dayaq, kömək idi. O dəstəyi mən indi də hiss edirəm. İndi öyrənmişəm, bazar-dükan nədir. Pulu saymağı öyrənmişəm. O, məni bütün məişət çətinliklərindən qorumuşdu. Ondan sonra ailə başçısı kimi məcbur oldum ki, bu işlərə qatlaşım”.

Xalq artisti sənətə necə gəlməyindən də bəhs edib:

“Şans öz yerində. Ancaq istedad olmayan yerdə şans da kömək etmir. 18 yaşımda Tofiq Kazımov məni Cülyetta rolunda görməsəydi, heç məni Akademik Milli Dram Teatrına dəvət etməzdi. Mən də tənbəllik edib, desəydim, hələ qoy universiteti bitirim, naz eləsəydim, o əziyyətə qatlaşmasaydım, bir gecənin içində məşhur olmazdım. O vaxt müəllif çox böyük etirazını bildirirdi ki, bu rolu xalq artistlərinə verməlisən. Onda da bizim böyük sənətkarlarımız 50-60 yaşı haqlamışdılar. Gənc qızlar da çox idi, amma o rola yaramırdılar”.

Amaliya Pənahova heç vaxt “ulduzluq xəstəliyi”nə tutulmadığını deyib:

“Əgər “ulduzluq həyatı” başımı gicəlləndirsəydi, bəlkə də bu mərtəbəyə qalxa bilməzdim. Bu günədək mənə elə gəlir ki, mənim şöhrətim, elə bil, kənar adamlara təqdim olunub. Onu öz üzərimdə hiss edib, dahiləşməmişəm, ulduzlaşmamışam. Mən sevdiyim sənətimlə məşğul olmuşam. Aktyorluq mənə dar gələndə mən teatr yaratdım. Teatrda işim yaxşı gedəndə rejissor kimi filmlər, tamaşalar hazırlamağa başladım. Xoşbəxtəm ki, 200-dən artıq qadın surətlərinin ifaçısıyam. Bu yaxınlarda keçirilən yubileyimdə Heydər Əliyev Sarayını dolu görəndə, səhnəyə çıxan zaman alqışlarla qarşılananda gördüm ki, necə də hələ mənim sənətimə tamaşaçının marağı, hörməti tükənməyib. Mən bəxtəvər insanam”.

Aktrisa həmkarlarına səslənib:

“Sənətkarlar bir-birinə diqqətli olsunlar, bir-birini qorusunlar. Çünki getdikcə azalırıq, sıralarımız boşalır. Gəlin, bir-birimizin könlünə toxunmayaq”.


OXŞAR XƏBƏRLƏR

Vüsalə bu rəqsi ilə ağılları başdan aldı - VİDEO

Teleaparıcı Vüsalə Əlizadənin görüntüsü sosial şəbəkələrdə gündəm olub.   Sfera.az xəbər verir ki, o, aparıcısı olduğu verilişində etd...

"Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir" - Famil Fərhadoğlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatımızın 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama...

Müsəlman ölkəsində matəm elan edildi

İranda Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışla əlaqədar Hörmüzqan vilayətində 3 günlük matəm elan edilib.   Sfera.a...

İstanbul üçün dəhşətli zəlzələ XƏBƏRDARLIĞI

Məlum olduğu kimi, aprelin 23-də Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ və afterşoklar İstanbul və ətraf vilayətlərdə...

Məktəbdə ən yaxşı oxuyanlar bu 6 BÜRCDƏN olur

Çalışqan və müvəffəqiyyətli tələbələr adətən gördükləri işlərlə diqqət çəkirlər. Sürətli öyrənmə və anlama qabiliyyətinə sahib olan bu tələbələr, pratik zəka il...

FAKTİKİ HAVA: Güclü külək əsib, şimşək çaxıb

Milli Hidrometeorologiya Xidmətinin aprelin 27-si saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşə...