Baş mühasib nazirlik tərəfindən qovuldu - Direktora şiddətli töhmət

Baş mühasib nazirlik tərəfindən qovuldu -  Direktora şiddətli töhmət

Azərbaycan Xalça Muzeyində qanun pozuntuları barədə məlumat Mədəniyyət və Turizm Nazirliyi tərəfindən araşdırılıb.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, araşdırmaların nəticəsi olaraq, Mədəniyyət və Turizm Nazirliyinin 27 noyabr 2015-ci il tarixli, 547 nömrəli əmri ilə Muzeyin fəaliyyətində yol verdiyi nöqsanlara, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratdığına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Öz vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına görə Azərbaycan Xalça Muzeyinin baş mühasibi Gülnaz Rüstəmova tutduğu vəzifədən azad edilib.

Həmçinin Azərbaycan Xalça Muzeyinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hansı hərbçilərin ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi verəcək və proses necə icra ediləcək? - İZAH

Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı tə...

Tatarıstan Prezidenti: "Cəbrayıl, Qubadlı və Zəngilanın inkişaf tempinəheyran qaldım"

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Tatarıstan Prezidenti Rüstəm Minnixanovla görü...

Çin XİN başçısı Rusiyaya SƏFƏR EDƏCƏK

Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Rusiyaya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yay...

İran XİN: "Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk"

İran geosiyasi və sərhəd dəyişikliyi üçün istənilən addımın əleyhinədir.   Sfera.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin s...

Azərbaycan–İsrail münasibətlərində YENİ MƏRHƏLƏ - Bu şirkətlərlə danışıqlar BAŞLADI

Azərbaycan dövlətinin xüsusi iqtisadi zonalarda, sənaye və texnologiya parklarında fəaliyyət göstərən şirkətlərə vergi güzəştlərini təklif etməsi İsrail şirkətl...

Əhalinin yarısı bu yaşda ağlını itirəcək - Alimlərdən XƏBƏRDARLIQ!

Dünya əhalisinin yarısı 75 yaşına qədər ruhi sağlamlığını itirəcək.   Sfera.az xəbər verir ki, bu, ABŞ alimlərinin apardığı genişmiqyaslı araşdırma n...