Müğənniyə ölümcül diaqnoz qoyuldu - FOTO
Maqazin
14:18 / 26.11.2024
3540
Rusiyalı müğənni Aleksandr Buynovda xərçəngin son mərhələsi aşkarlanıb.
Sfera.az "Shot" teleqram kanalına istinadən xəbər verir ki, həkimlər sənətçinin yaxşılaşma ehtimalının olmadığını bildiriblər.
Bildirilib ki, Buynov prostat xərçəngindən əziyyət çəkir. Vəziyyəti pisləşdiyi üçün o, Moskva xəstəxanasına yerləşdirilib.
Sənətçiyə xəstəlik ilk dəfə 2000-ci illərdə aşkar edilib. Həkimlər musiqiçinin üzərində dəfələrlə əməliyyat keçirib, metastazları aradan qaldırıblar.
Xatırladaq ki, Buynov karyerasına hələ sovet illərində başlamış və ilk geniş şöhrətini "Şən yoldaşlar" ansamblının tərkibində qazanmışdı. 90-cı illərdə solo ifa etməyə başlayıb və ən məşhur mahnılarını buraxdı: "Padayut list"ya", "Pust"", "Gor"kiy med", "YA znal lyubov" və s.