“Mikrofonu Tatlısesə uzatdım, mənimlə oxumadı” - VİDEO
Maqazin
14:16 / 14.10.2024
3307
“Allah İbrahim Tatlısəsə şəfa versin. Amma məni bir dəfə onun məclisinə dəvət etmişdilər. “Çərşənbə günündə, çeşmə başında...” mahnısını zümzümə edib mikrofonu ona verdim. Lakin mənimlə birgə oxumaq istəmədi”.
Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti Alim Qasımov ARB-də yayımlanan “İzzət şou” verilişində qonaq olarkən deyib.
“Mikrofona da elə gözəl səs vermişdilər. İkinci dəfə mənə söz verdilər. O mikrofonu elə günə qoymuşdular. Oxumaq qalsın, danışmaq da olmurdu”, - deyə Xalq artisti əlavə edib.
Daha ətraflı videomaterialda: