Şaiyələr o qədər böyümüşdü ki, öz yaxınlarım şübhələnirdilər məndən -Xalq artisti

Şaiyələr o qədər böyümüşdü ki, öz yaxınlarım şübhələnirdilər məndən -Xalq artisti

Xalq artisti Zülfiyyə Xanbabayeva mədəkiçiltmə əməliyyatı ilə arıqlaması iddialarına cavab verib.

 

Sfera.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırarkən danışıb:

 

"Düz olmayan söhbətlər, şaiyələr də var idi. Şaiyələr o qədər böyümüşdü ki, öz yaxınlarım bilə-bilə ki, etdirməmişəm, şübhələnirdilər məndən. Bilirsiniz ki, qadınlar hamısı biri-birini tanıyır. Bakı balaca şəhərdir. Arıqlamağın bir yolu var, ağzını bağlayırsan, vəssəlam".

 

Sənətçi formada qalmaq üçün idmanla da məşğul olduğunu bildirib: "Bir neçə dəfə pilateslə məşğul olmuşam. Gördüm ki, mənlik deyil. Çünki mənim üçün passiv idman növüdür. Daha çox enerji almaq istəyirəm, onu da üzərkən alıram".

 

 


OXŞAR XƏBƏRLƏR