"Qeytsin çipli ağcaqanadları bizi parçalayacaq, niyə ondan..." - Niyam Rasim Balayevi tənqid edənlərə OD PÜSKÜRDÜ

"Xalq artisti olmayan pulla "Xalq artisti" adı alır. Olsun, amma onunla yanaşı Teymur Əmrah var. Soruşun, filmdəki mahnının adını, bəstəkarını belə desin. Aygün Bəylər... O qədər aktyorlar, müğənnilər var ki... Xalqın yanındadır, dəyər. Belə ad verilənlər yanında o qədər ada layiq olanlar var idi. Niyə onlara fəxri ad vermirsiniz?". 

 

Sfera.az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami instaqramda yayımladığı videoaçıqlamasında deyib.

 

İfaçı Xalq artisti Rasim Balayevi tənqid edənlərə səslənib:

 

"Bill Qeyts Afrikada çipli ağcaqanad hazırlayır. Bunu buraxacaqlar havaya, bizə də gələcək. Onlarda elə zəhər var ki, parçalancağıq. Niyə bunu tənqid etmirsiniz? Yediyiniz mallara sümük qatırlar. At əti kəsib satırlar. Bunu da müəyyən kütlə edir. Rasim Balayevə tənqidi yazan da elə o, kütlədir. Rasim Balayev də "kütlə" deyəndə onları nəzərdə tutur".

 

Niyam aparıcı Elgiz Əkbərin onun "Ölüm-ölüm" mahnısı haqda dediyi "Bu mahnı üz qarasıdır" sözlərinə "Bu, mənim sənətimə "qara" deyil. Restorana gəlib məndən pul istəyən jurnalistlər var. Deyirlər ki, pul verməsən, səndən pis yazacağam. Mən də çəkim, paylaşım? Mahnı mənim yaradıcılığıma ləkə deyil, bu hərəkətlər jurnalist adına ləkədir. Bundan danışın" deyə, reaksiya verib.

 

İfaçı daha sonra "Qurban bayramında 280 manatdan ucuz qoyun ala bilmirsən. Necə müsəlmansan ki, bayram günü qoyunu bu qiymətə qaldırırsan? Elə et ki, kasıb ala bilsin, kiminsə ət verməyini gözləməsin. Qurban kəsmirəm, pulunu verirəm insanlara. Bunları müzakirə edin" sözlərini əlavə edib. 


OXŞAR XƏBƏRLƏR

Yeni vakansiya - Pinqvinlər üçün dayələr

Antarktidanın Port Lockroy adasında yerləşən ən uzaq poçt şöbəsində işləmək üçün işçilər axtarılır.   Sfera.az bildirir ki, yeni işçilər pinqvinlərə qu...

Üç illik səyahətə görə evini satıb kruiz gəmisinə bilet aldı - FOTO

ABŞ-ın Florida ştatından olan keçmiş stüardessa Meredith Shay evini sataraq üç illik səyahət üçün (“Life at Sea Cruises”) bilet alıb. Yeddinci mərtə...

Reenkarnasiyaya heç vaxt inanmayanların belə beyninə şübhə salacaq hadisə

Reenkarnasiyaya nə dərəcədə inanırsınız?   Sfera.az sizə bu yazıda reenkarnasiya haqqında əks düşüncəli insanları belə şübhələndirə biləcək çox maraqlı...

115 yaşını qeyd edən qadın pəhriz sirrini açıqlayıb - FOTO

Braziliyalı Helena Pereira dos Santos bu yaxınlarda 115 yaşını qeyd edib.   Sfera.az bildirir ki, qadın uzunömürlüyünün sirrinin lobyadan ibarət pəhriz...

"Toylar kralı"na görə 14 min manat itirdim - Kafedə ifası ilə məşhur olan Babək

Bir neçə gündür ki, sosial şəbəkələrdə paylaşılan şəxsin videosu milyonlarla izləyicinin marağına səbəb olub. Hamı kafedə masa arxasında yemək yeyə-yeyə oxuyan ...

Britni Spirs nadir xəstəlikdən əziyyət çəkir?

Müğənni Britni Spirs aqressiv rəqsləri ilə pərəstişkarlarını qorxutmağa davam edir. Pərəstişkarları onun aqressiv rəqslərinin psixiatrik xəstəlik əlaməti o...