“Barbie” filminə baxmaq istəyənlər 1 milyard dollar xərcləyib
14:28 / 07.08.2023
3602
“Warner Bros. Pictures” tərəfindən çəkilən “Barbie” komediya filmi iyulun 21-də nümayiş etdirilən premyeradan bəri dünya üzrə kassa bilet satışlarından 1 milyard dollardan çox gəlir əldə edib.
Sfera.az xəbər verir ki, “Warner Bros.” açıqlamasında satış gəlirlərinin 459 milyon dolları yerli kinoteatrlardan, 572,1 milyon dolları isə xaricdən daxil olduğunu bildirib.
“Barbie” filmi bilet satışının həcminə görə “Illumination” və “Universal” şirkətlərinin istehsalı olan “Super Mario Brothers” filmindən sonra 2-ci yerdə qərarlaşıb. Aprel ayında ekranlara çıxan “Super Mario Brothers” filminin bilet satışı 1,35 milyard dollar olub.
Vasif