Bakıda hücuma məruz qalan aktrisa: “Yolda gedərkən məni arxadan qucaqladı” - TƏFƏRRÜAT / VİDEO

Bakıda hücuma məruz qalan aktrisa: “Yolda gedərkən məni arxadan qucaqladı” - TƏFƏRRÜAT / VİDEO

Aktrisa Mehin Bayramlı Bir neçə gün əvvəl işdən evə qayıdarkən, gecə saatlarında tanımadığı şəxsin şiddətinə məruz qalıb.

 

Sfera.az xəbər verir ki, aktrisa bu barədə Azxeber.com-a müsahibəsində danışarkən hadisənin təfərrüatını açıqlayıb

 

"Taksidən düşdüm. Həmişəki kimi yolumu gəlirdim. Hava da elə küləkli idi ki, səs belə eşidilmirdi, sürətlə arxandan kimsə gəlsə heç onu da eşidə bilməzsən. Qabaqdan bir qonşu kişi gəldi. Tanımadım. Səhv anlaşılar deyə, üzünə baxmaq da istəmədim. Sən demə, arxadan da başqa biri gəlirmiş. Sonra o iki nəfər söhbətləşməyə başladılar. Mən də, ümumiyyətlə, çönüb baxmadım ki, birdən deyərlər qız uşağıdı çönüb baxır. Yolumu gedəndə hiss etdim ki, elə bil kimsə gəlir arxamca, amma baxmadım. Bir də hiss etdim ki, daha çox yaxınlaşdı. Yenə öz-özümə dedim ki, eybi yoxdur. Yəqin yanımdan keçib gedəcək. Bir də gördüm ki, həmin adam mənim belimdən tutaraq özünə tərəf sıxdı. Elə bil belə də olmalıdır. Heç səsini çıxartmadı, heç nə demədi. Məni dəhşət bürüdü. Ümumiyyətlə, bu tip hadisələrdən mən çox qorxurdum. Qorxduğum başıma gəldi. Onu itələdim və dedim ki “sən kimsən, nə edirsən?”.

 

Üzünə də diqqətlə baxdım ki, birdən qaçıb etsə, polisə yaxınlaşım deyim ki, başıma belə bir hadisə gəlib. Mən onun üzünə baxanda birdən mənə şillə vurdu. Şok keçirtdim. Sonra üstümə gəldi. Yerində dayana bilmirdi. Amma mənə də nə isə etməyə çalışırdı. Qaçmağa çalışanda arxamca düşdü. Nalayiq söyüşlər söydü. Qaçan anda taksi çıxdı qarşıma. Taksi saxlamadı. Həmin şəxsin üstünə sürdü. Amma düşmədi. Mən vaxt qazandım ki, keçim məhəlləyə. Bu anda anam çıxdı qarşıma. Soruşdu ki, “nə olub sənə?”, dedim ki, “tanımadığım bir insan mənə şillə vurdu”. Həmin an mən nə danışdığımı bilmirdim. Əllərim əsirdi. Anam dedi ki, burada gözlə. O gedəndən sonra yaşıdım olan qonşumuz oğlan mənə yaxınlaşdı. Dedi ki, “nə baş verib?”, Mən də ona olanları danışdım. Qaçıb onu axtardılar. Sən demə, normal qaçıb uzaqlaşa bilməyibmiş. Onu tutdular. Qaçdıq onun yanına. Başladı söyüşlər söyməyə".

 

Bundan sonra polisə zəng etdiklərini açıqlayan aktrisa sübut üçün şəklini çəkdiyni də qeyd edib:

 

"Anama dedim ki, heç kim heç nə etməsin. Polis özü bu mövzu ilə məşğul olacaq. 102-yə zəng vurduq. Polis gəldi. Mənə dedilər ki, ərizəni yaz. Mən yaza bilmirdim deyə, anama verdim, ərizəni anam yazdı. Ondan sonra məni tibbi ekspertizaya göndərdilər. Artıq üzüm sağalmışdı. Buna baxmayaraq, mən sübut kimi şəklini çəkib saxlamışdım. Çünki rahatlıqla "mən etməmişəm deyərək, mənim üstümə ata bilərdi”. Getdik. Yoxladılar. Sadəcə dedilər ki, kliniki izlərdir, kliniki ağrılardır. Keçəcək".

 


OXŞAR XƏBƏRLƏR