Özündən 22 yaş kiçik sevgilisi Cem Yılmazı tərk etdi - FOTO 

Özündən 22 yaş kiçik sevgilisi Cem Yılmazı tərk etdi - FOTO 

Eşq həyatı ilə gündəmdən düşməyən türkiyəli şoumen Cem Yılmaz yenidən müzakirə obyektinə çevrilib.


Sfera.az bildirir ki, ötən aylarda özündən 22 yaş balaca aktrisa Rüya Demirbulutla münasibətə başlayan şoumenin ayrıldığı ortaya çıxıb. Məlumata görə, cütlüyün münasibəti çox qısa davam edib. İlk həmlə isə Yılmazdan gəlib. Belə ki o, Rüyanı sosial media hesabından silib.


Onların ayrılıq səbəbləri isə eşidənləri təəccübləndirib. Qeyd olunub ki, Rüya Demirbulut Yılmazın qısqanclığından yorularaq münasibətlərinə son qoymaq qərarına gəlib.

Türkan 
Sfera.az


OXŞAR XƏBƏRLƏR