\"Mançester Yunayted\" yeni baş məşqçisini açıqladı

\
İngiltərənin "Mançester Yunayted" klubu yeni baş məşqçisini açıqlayıb.

Sfera.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Ralf Ranqnikə tapşırılıb.

63 yaşlı almaniyalı mütəxəssis bu postda Ule Qunnar Sulşeri əvəzləyib. Onunla işçi vizası əldə etməsi şərti ilə mövsümün sonunadək müqavilə imzalanıb. Bu dövr bitdikdən sonra tərəflər Ranqnikin daha il məsləhətçi kimi fəaliyyət göstərməsinə razılaşıblar.

Qeyd edək ki, Ralf Ranqnik son olaraq Rusiyanın "Lokomotiv" (Moskva) klubunda məsləhətçi vəzifəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR